Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Mənim üçüm məhkəmənin qərarı əhəmiyyət kəsb etmir”

 

rufet-seferov1

Bu gün Şirvan Apellyasiya Məhkəməsində Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun şikayəti üzrə məhkəməsi olub.

Xeberinfo.com:   O, rüşvət almaq ittihamı ilə 9 il azadlıqdan məhrum edilib. Bundan öncə “davranış normalarını pozduğuna görə” prokurorluq orqanlarından xaric edilib.

Onun atası, hakim partiyanın keçmiş fəalı, uzun müddət parlamentin deputatı, sonralar Müdafiə Nazirliyinin mətbuat katibi olmuş Eldar Sabiroğlu Ramiz Mehdiyevi kəskin tənqid edib. R.Səfərovun prokurorluq orqanlarından istefası bundan sonraya təsadüf edir.

Vəkil Bəhruz Bayramov Turan-a bildirib ki, müdafiə tərəfinin iki vəsatətini məhkəmə təmin edib. Bunlar Rüfət Səfərovun dəmir barmaqlıqlar arasından çıxarılaraq vəkilin yanında oturması və Zərdab rayon Mədəniyyət və Turizm İdarəsinin rəisinin məhkəmədə dindirilməsi ilə bağlı vəsatətlərdir.

Onun sözlərinə görə, Səfərov məhkəmədə çıxışında bildirib ki, saxta ittiham və saxta sübutlarla həbs edilib.

“Mən məhkəmələrin ədalətinə inanmıram, hansı sifariş verəcəklər, o qərarı da qəbul edəcəksiniz. Sizin qərarınız mənim üçün əhəmiyyət kəsb etmir, əsas odur ki, xalq mənim həbsimin səbəblərini bilir. Məni öldürə də bilərsiniz. Amma bilin ki, ruhum həmişə xalqımladır”, deyə vəkil Səfərova istinadən deyib.

Məhkəmə dekabrın 22-dək təxirə salınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam