Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Təhsil şöbəsinin keçmiş inspektoru saxlanılıb –Dələduzluğa görə

Hebs-divara-soykenen

 

Ağcabədi rayonunda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Xeberinfo.com:  “Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, Laçın rayonunun Şeyvanlı kənd sakini Müqavil Baxış oğlu Baxışov həmyerlilərini işə düzəltmək adı ilə onlardan xeyli miqdarda pul alaraq mənimsəyib.
Laçın Rayon Polis Şöbəsinin (RPŞ) baş müstəntiqi Elxan Cəfərov “Report”a bildirib ki, M.Baxışov vətəndaşların etibarından sui-istifadə etməklə külli miqdarda vəsaiti ələ keçirib: “Laçın Rayon Polis Şöbəsinə Müqavil Baxışov barəsində şikayət daxil olandan sonra əməkdaşlarımız əməliyyat-axtarış tədbirlərinə başlayıblar. O, bir müddət gizlənərək istintaqdan yayınıb, lakin hüquq-mühafizə orqanları onu saxlayaraq istintaqa cəlb ediblər. İstintaq Müqavil Baxışovun digər oxşar cinayətlərdə əlinin olduğunu istisna etmir”.
E.Cəfərovun sözlərinə görə, M.Baxışov Laçın Rayon Təhsil Şöbəsinin inspektoru vəzifəsində çalışarkən dələduzluq edib.
Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Xatırladaq ki, M.Baxışov Laçın Rayon Təhsil Şöbəsinin inspektoru, daha sonra isə müəllim kimi fəaliyyət göstərib. O, ötən il vəzifəsindən və müəllimlikdən kənarlaşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam