Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“NAZİR TAPŞIRMIŞDI Kİ, PULLARI ZEYNALOVA VERƏK…” -"RABİTƏ İŞİ"

vidadi zeynalov beytulla huseynov rabite nazirliyi azpolitika azerpoct aztelekom

“İlk aylar 200-250 min, sonrakı aylar isə 100-150 min pulu Anar Mustafayev vasitəsi ilə Vidadi Zeynalova vermişik”

Xeberinfo.com:  Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V. Zeynalovun vəkili Ceyhun Yusifov Beytulla Hüseynova suallar verib. Vəkil ondan soruşub ki, ittihamda məbləğlər şişirdilib deyəndə nəyi nəzərdə tutub. B. Hüseynov deyib ki, xərclər nəzərə alınmayıb. Vəkil ondan göstərişi kimdən almasını soruşub. B. Hüseynov ad çəkmək istəmədiyini deyib. B. Hüseynov verdiyi ifadəni təsdiq etdiyini deyib. Daha sonra onun ifadəsi elan edilib. O, istintaq zamanı verdiyi ifadəsində məbləğin şişirdilməsi barədə göstərişi onlara nazir Əli Abbasov verib:“Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək. O, bizim onları aldadıb aldatmamağımızı yoxlayırdı. İlk aylar 200-250 min, sonrakı aylar isə 100-150 min pulu Anar Mustafayev vasitəsi ilə Vidadi Zeynalova vermişik”.

Daha sonra Anar Mustafayev ifadə verib. O, biıdirib ki, istintaq zamanı ina qərəzli münasibət göstərilib: “Beytulla Hüseynov mənim əməliyyatım üçün 8000 min, müalicəm üçün 7000 min manat verib. Əgər paket almışamsa niyə ondan pul istəyirdim? Mənə verilən puldan 2000 min manat özümə qalıb. Qalanları xərclənib. İstintaq zamanı verilən məbləği dəqiq söyləməmi istədilər. Mən də xatırlamadığım üçün dedim ki, Vidadi Zeynalova 2-3 dəfə bağlama vermişəm. Lakin içində nə olduğunu bilməmişəm. Biz büdcədən ayrılan pulu düzgün xərcləmişik. Etiraf edirəm ki, tikinti sahəsində monopoliya olub. Buna isə məcbur olmuşuq. Çünki Emin Məmmədov deyirdi vəsaitlər kifayət etmir. Biz də Bayrama dedik ki, o da şirkət yaratsın işləyək. Bununla başqasının 170 manata gördüyü işləri 130 manata həll etmişik. Bilirdik ki, bir gün qapı döyüləcək və soruşacaqlar. Biz karyeramızı sona çatdırmaq üçün vəzifəyə gəlməmişdik. Bakıda 36 bina tikilib, hamısına FHN tərəfindən əmsal qoyulub. Səmimu etiraf edirəm ki, əmək haqqımdan əlavə vəsait almışam. Lakin bu hər il eyni olmayıb. 800-2000 min manat olub. Özümü qanun qarşısında qismən təqsirli bilirəm “.

Proses günün ikinci yarsında davam edəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam