Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Fidel Kastronun bacısı dəfndə iştirak etməyəcək

 

Juanita Castro, sister of Cuban leader Fidel Castro talks during an interview with Reuters in Miami

Xeberinfo.com:   Xarici KİV-ə istinadən xəbərə görə, Fider Kastronun bacısı Xuanita Kastro qardaşının dəfn mərasimində iştirak etməyəcək. «Miami Herald» nəşri xəbər verib ki, Xuanita dəfndə iştirakdan imtina edib. O, bəyan edib ki, qan qohumunun ölümündən kədərlənir, amma həyatında bir daha Kubaya qayıtmayacaq, çünki qardaşına görə, 50 il sürgündə yaşamalı olub.

Xuanitanın 83 yaşı var. Fidel Kastro hakimiyyətə gələndən sonra o, 3 il ərzində Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlıq edib və 1964-cü ildə ölkəni tərk edən çoxsaylı emiqrantlarla birlikdə ABŞ-a gedib.

«51 il ərzində mən də o zaman ölkədən gedən və öz ölkəsinin azadlığı yolunda mübarizə aparmaq üçün yer axtaran bütün kubalılar kimi sürgündə yaşayıram. Mən heç vaxt öz fikrimi dəyişməmişəm. Amma buna görə, mən çox böyük bədəl ödəməli olmuşam – tənhalıq və ağrılar-sızıntılar…» – deyə, Xuanita situasiyaya belə aydınlıq gətirib. O, sürgündə yaşadığı illərdə ailəsi ilə əlaqələri itirsə də hər zaman Kastro əleyhdarlarının hücumlarına məruz qalıb. Onlar Kastro familyasını daşıdığını Xuanitaya bağışlaya bilməyiblər.

Xuanita ümid etdiyini bidirib ki, qardaşının ölümü qarşıdurma və nifrət yolundan çəkinməkdə kubalılara kömək edəcək və nəhayət, onları birləşdirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam