Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Vidadi Zeynalova 560 min verdim, özümə 150 min qaldı”

vidadi zeynalovRabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə yeni epizodlar ortaya çıxıb.

Xeberinfo.com:   Lent.az-ın ittiham aktına istinadən məlumatına görə, istintaq zamanı şahid qismində sabiq nazir Əli Abbasovun bacısının kürəkəni Samir Quluzadə də dindirilib. RYTN ilə müxtəlif işlər görən “Virqo” MMC-nin təsisçisi və faktiki rəhbəri Quluzadə Seymur Əsgər oğlu ifadəsində bildirib ki, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirərək, bank sektorunda işləməyə başlayıb: “2013-cü ildən “Kapital Bank” ASC-nin Bayıl qəsəbəsində yerləşən 2 saylı şöbəsinin müdiri vəzifəsində işləmişəm. “Virqo” MMC-ni 27.04.2012-ci ildə təsis etdik, direktoru Zəkiyev Mövsüm Cavanşir oğlu oldu. Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun bacısı Mikayılova Südabə Məmməd qızının kürəkəniyəm. “Virqo” MMC-nin əsas fəaliyyəti “TPP” markalı rabitə kabellərinin satışından ibarət olub. Əsasən Belarus və Türkiyədən kabel gətirmişik. Ancaq “Aztelekom” MMC ilə işləmişəm, RYTN-nin tabeliyində olan digər müəssisələrlə işləməmişəm. Sonuncu dəfə 2014-cü ilin dekabr ayında kabel gətirdik. Kabellər əsasən Belarusdan, cəmi bir dəfə isə Türkiyədən gətirildi. Rabitə kabellərini Belarusda “BelTeleKabel”, Türkiyədə isə “ETK Kablo” zavodlarından alırdıq. Məni bu işə cəlb edən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov olub. Vidadi Zeynalov bildirdi  ki, müəssisəsinin hesabına köçürülən ƏDV-li pulun 35 faizi, ƏDV-siz məbləğin isə 40 faizi nağd qaydada ona təqdim olunmalıdır, bu, Rabitə Nazirliyi tərəfindən müəyyənləşdirilmiş ümumi qaydadır. Vidadi Zeynalov mənə həmin vəsaitin “Aztelekom” MMC-nin hesabından köçürüləcəyini söyləyib. “Virqo” MMC ilə “Aztelekom” MMC-nin tabeliyində olan Astara, Şəki, Tovuz, Şəmkir, Bərdə, Ağcəbədi, Tərtər, Siyəzən, Lənkəran, Goranboy, Neftçala, Salyan, Qusar, Ağdam, Saatlı, Abşeron, Göyçay, Xaçmaz, Sabirabad, Ağstafa, Şəmkir, Mingəçevir, Zaqatala və Goranboy TKQ ilə podrat müqavilələri bağladıq. Həmin müqavilələr əsasında aldığım rabitə kabellərini isə “Aztelekom” MMC-yə təqdim etdim”.

Sabiq nazirin yaxın qohumunun sözlərinə görə, qeyd edilən müqavilələr əsasında ona məxsus “Virqo” MMC-nin hesabına təxminən 1 milyon 600 min  manatdan çox vəsait köçürülüb: “Köçürülən vəsaitin təxminən 760 min manatı nağdılaşdırılıb. Həmin vəsaitin 35 faizini, yəni 560 min manatını nağdılaşdıraraq birbaşa və ya dolayı yolla Vidadi Zeynalovun özünə verdim, qalan 200 min manatın 50 mini manatını audit yoxlaması nəticəsində müəyyən edilmiş cərimə məqsədi ilə Vergilər Nazirliyinə, digər gömrük rüsumlarının ödənilməsinə sərf etdim, 150000 manat isə müəssisənin mənfəəti kimi mənə qaldı. Vidadi Zeynalova verdiyim vəsaitdən “Aztelekom” MMC-yə pul verilməyib. “Aztelekom” MMC və struktur qurumlarının sorğuları əsasında təşkil edilmiş kotirovka və tender sorğuların açılmasında iştirak etməmişəm, sadəcə təkliflərini kotirovka sorğusu keçirən təşkilata göndərmişəm. Çünki kotirovkalar formal olaraq təşkil olunurdu. Vidadi Zeynalov tapşırdığına görə elan olunan kotirovkalarda qalib olmuşam. Müqavilələri “Aztelekom” MMC-nin Təchizat şöbəsinin rəisi Yaqub müəllimə verirdim, o da həmin sənədləri kotirovka keçirilən rayona göndərirdi”.

Şahid ifadəsinə onu da bildirib ki, RYTN-dən müxtəlif layihələr qazansa da, heç bir tenderdə iştirak etməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam