Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Eldar Mahmudovun oğlundan şok dələduzluq -25 milyonluq ziyan

Eldar Mahmudovun oğlundan şok dələduzluq -
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun şirkəti olan və dostu Ayaz Kərimovun idarə etdiyi “Cartburq NC” şirkəti Azərbaycanda mobil operatorlar vasitəsilə aparılan beynəlxalq danışıqlar üzrə dövlətə milyonlarla dollar məbləğində ziyan vurmaqda ittiham edilir.
Xeberinfo.com:   “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu hal Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin həbsindən sonra aparılan cinayət işinin istintaqı zamanı üzə çıxıb.
Belə ki, istintaqa cəlb edilən mütəxəssislərin köməyi ilə müəyyən olunub ki, 01.01.2014-cü il tarixdən 31.10.2015-ci il tarixədək olan dövr ərzində mobil telefonlar vasitəsi ilə Azərbaycana giriş trafiki üzrə 476 milyon 837 min 342 dəqiqə danışıq aparılıb. Bu danışıqlar üçün beynəlxalq operatorlar tərəfindən təklif edilən yüksək qiymətlərlə minimum 125 milyon 949 min 513 ABŞ dolları gəlir əldə olunması mümkün olub.
Lakin, bu müddət ərzində bir neçə vəzifəli şəxsin səlahiyyətlərindən sui-istifadə edərək şəxsi tanışlığa görə bu iş üçün müqavilə bağladıqları “Cartburq NC” şirkəti tərəfindən təklif olunan aşağı qiymətlər əsas götürülərək 100 milyon 135 min 841 ABŞ dolları gəlir əldə olunub.
Bununla da, paylarının 100%-i dövlətə məxsus olan “Azİntelekom” MMC-yə 25 milyon 813 min 671 ABŞ dolları məbləğində ziyan vurulub.
Eyni proses əks istiqamətdə, yəni ölkədən çıxış zənglərində də baş verib.
“Azİntelekom” MMC-nin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim etdiyi 06.11.2015-ci il tarixli məktuba əsasən, “Azİntelekom” MMC ilə “Cartburq NC” şirkəti arasında 01 yanvar 2014-cü il tarixdən 31 oktyabr 2015-ci il tarixədək olan dövr ərzində Azərbaycan ərazisindən “Cartburq NC” şirkəti üzərindən çıxışlar Rusiya Federasiyasının Fix 1, Fix 2 və Fix 3 ərazi şəbəkələrinə, həmçinin “Beeline” və “Mobile Othe” operatorlarına həyata keçirilib.
Həmin dəqiqələr üzrə trafikin ümumi dəyəri, “Cartburq NC” şirkəti tərəfindən təklif olunan qiymətlər əsasında 2014-2015-ci illərdə bir dəqiqənin qiyməti Fix 1 üzrə 5.5, Fix 2 üzrə 6.5, Fix 3 üzrə 8.5 sent olmaqla, ümumilikdə 214 min 933 ABŞ dolları məbləğində olub.
Araşdırma zamanı müəyyən olunub ki, Azərbaycandan çıxan beynəlxalq trafik danışıqları üçün digər beynəlxalq operatorlar tərəfindən təklif edilən qiymətlər bu qiymətlərdən xeyli aşağı olub.
Belə ki, Azərbaycandan Rusiyaya çıxış üçün digər beynəlxalq operatorlar tərəfindən təklif edilən 1 dəqiqənin qiyməti 2014-cü ildə Fix 1 üzrə 1.6-1.8, Fix 2 üzrə 1.9-2.1, Fix 3 üzrə 2.7-5.6 sent olub. 2015-ci ildə qiymətlər bir qədər də enib. Yəni, Fix 3 üzrə qiymətlər 3-3.1 sent olub.
Mahmudovların şirkətinin Rusiya üçün dəqiqəsi 8,5 sentə təklif etdiyi danışığı digər opratorlar 3-3,1 sentə təklif edib. Lakin o vaxtkı rabitə naziri Əli Abbasov hansısa dəyərlərə əsaslanaraq, Mahmudovların şirkəti ilə müqavilə bağlamağı daha üstün tutub.
İstintaq bu yolla iki nazirin yalnız bu iş üzrə ümumi olaraq büdcəyə nə qədər ziyan vurduğunu da hesablayıb. Azərbaycandan Rusiyaya çıxış üçün beynəlxalq operatorlar tərəfindən təklif edilən qiymətlər əsasında maksimum ödəniş 2014-2015-ci illərdə 79 min 27 ABŞ dolları ola bilərdi. Lakin “Cartburq NC” şirkəti tərəfindən təklif olunan yüksək qiymətlər əsas götürülərək “AzİnTelekom” tərəfindən Mahmudovların şirkətinə 214 min 933 ABŞ dolları ödəniş aparılıb və bu yolla dövlətə 135 min 906 dollar məbləğində ziyan vurulub.
Anar Mahmudovun faktiki olaraq rəhbərlik etdiyi “Cartburq NC” şirkəti bu iki il ərzində dövlətə 25 milyon 949 min 577 dollar ziyan vurub.
Həmin şirkətin Anar Mahmudova məxsus olması şirkətin rəsmi rəhbəri Ayaz Kərimovun onunla mesajlaşmaları zamanı da təsdiqlənib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam