Tender qalmaqalı: Baş mühasib icra başçısını təhdid edib
Vaqif Abdullayev Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi Məhəmməd Həsənovun öhdəsindən gələ bilmir.
Xeberinfo.com: Beyləqan İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə bağlı yeni qalmaqal ortaya çıxıb. Bu dəfə qalmaqallı icra başçısı ilə Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi Məhəmməd Həsənov arasında dartışma yaşanıb.
Dartışmaya səbəb isə Hesablama Palatası tərəfindən Beyləqan rayonunda aparılan yoxlamalar nəticəsində külli miqdarada dövlət vəsaitinin mənimsənilməsi faktlarının ortaya çıxarılması və mənimsənilən vəsaitlərin qaytarılması üçün icra başçısna və müvafiq idarələrə vaxt verilməsi ilə bağlıdır. Yəni Hesablama Palatasının audit qrupu mənimsənilən vəsaitlərin bir hissəsinin geri qaytarılacağı şəraitdə işi ört basdır edəcəkləri və Baş Prokurorluğa mənimsəmə faktları ilə bağlı məlumat ötürməyəcəkləri barədə söz veriblər. Təbii ki, bu sözün arxasında Hesablama Palatasının audit qrupunun da alacağı “şirinlik” də var.
Beyləqandan AzToday.az-a daxil olan məlumata görə ona çatan vəsaitləri geri qaytarmaq istəməyən icra başçısı “tenderlərdə” iştirak edən “10 manatlıq MMC-lərin” sahiblərinə qazandıqları vəsaitləri geri qaytarmağı tələb edib. Bundan sonra isə “ara qarışıb və məzhəb itib”.
Əldə etdiyimiz məlumata görə Beyləqanın “tender krallarından” biri olan rayon Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi Məhəmməd Həsənov icra başçısına bildirib ki, o, ancaq o şəraitdə mənimsədiyi vəsaiti geri qaytara bilər ki, Vaqif Abdullayevdə mənimsədiyi vəsaitin 50 faizini geri qaytarsın. Mənbə bildirir ki, qarşılıqlı ittihamlar daha sonra qarşılıqlı söyşlərlə müşaiyyət olunub. İcra Hakimiyyətindən çıxan Məhəmməd Həsənov küçədə də qışqıra-qışqıra Vaqif Abdullayevi söyməkdə davam edib və buna şahid olanlar olub. Şahidlər bildirib ki, küçədə bağırıb başçını söyən baş mühaib Vaqif Abdullayevin başına oyun açacağını söyləyərək müxtəlif söyüşlər söyüb.
Qeyd edək ki, Beyləqanda Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi Məhəmməd Həsənov rayonun “tender krallarından” biri kimi tanınır. Bu şəxs illərdir rayon maliyyə idarəsi ilə əlaqəli şəkildə “Elmir-Murad” MMC vasitəsi ilə milyonlarla manat vəsait mənimsəyib. Təbii ki, mənimsənilən vəsaitlərə icra başçısı Vaqif Abdullayevdə şərik olub.
Eyni zamanda Məhəmməd Həsənov rayon Məədniyyət və Turizm şöbəsinin müdiri Nazim Mirzəyevlə əlbir şəkildə şöbəyə ayrılan vəsaitləri mənimsəklə də məşğul olub. Hazırda Regional idarəyə birləşən Beyləqan Mədəniyyət və Turizm şöbəsi hazırda özünün ən acınacaqlı dövrünü yaşayır. Belə ki, rayonun Təzəkənd, Bolsulu, Milabad, Kəbrili, Dünyamallar, Əlnəzərli, Qəhrəmanlı, Allahyarlı, Qarallar, Şəfəq və digər kəndlərdəki kitabxanalar, mədəniyyət evləri, klublar bərbad vəziyyətdədir. Bir çox kənd klubları Məhəmməd Həəsnov təərfindən çayxana kimi müxtəlif adamlara kirayə verilib. Hətta bəzi mədəniyyət evləri və klubların avadanlıqları icra nümayəndələri ilə şərikli şəkildə silinərək mənimsəyəblər. İllərdir Beyləqan Mədəniyyət və Turizm şöbəsinə invertarlar, müxtəlif avadanlıqlar, cari təmir və sair işlər üçün ayrılan vəsaitlər Məhəmməd Həsənovun “Elmir-Murad” MMC kiçik müəsissəsinin əli ilə silinərək mənimsənilib. Saytımıza məlumat verən bilgili şəxs iddia edir ki, Məhəmməd Həsənovla Nazim Mirzəyev neçə ildir müxtəlif avadnlıqların qiymətlərinin şişirtməklə dövlətdən ayrılan vəsaitləri mənimsəyərk şəxsi işləri üçün sərf ediblər. Bundan başqa “Elmir-Murad” MMC - yə Beyləqan rayon icra hakimiyyəti tərəfindən tikinti işləri hər ilxeyli miqdarda vəsait ayrılaraq silinib.
Mənbələrmiz qeyd edir ki, Məhəmməd Həsənov şirkətinə ayrılan vəsait üçün həır dəfə 13 faiz hesab alır. Ancaq son aylar icra başçısı Vaqif Aadullayevin Məhəmməd Həsənovun şirkətini tenderlərdən uzaqlaşdırması baş mühasibin icra başçısına qarşı üsyanına səbəb olub. Belə ki, bir ay bundan öncə Beyləqan rayonunda aparılan yoxlamalar zamanı məlum ki, icra hakimiyyətinin xətti ilə “Elmir-Murad” MMC-yə verilən işlərin əksəriyyətində böyük şişirtmələr olub və külli miqdarda dölət vəsaiti mənimsənilib. Baş mühasib mənimsənilən vəsaitin Vaqif Abdullayevə verdiyini desə də icra başçısı günahı üzrəindən ataraq Məhəmməd Həsənovun ona şər atdığını dilə gətirib.
Aldığımız məlumata görə Vaqif Abdullayev ona qarşı baş qaldıran baş mühasibi cəzalandırmaq üçün rayon Məədniyyət və Turizm şöbəsini ciddi şəkildə yoxlamaq iapşırığını verib. Əgər bu yoxlamalar zamanı Məhəmməd Həsənova məxsus “Elmir-Murad” MMC -nin gördüyü işlər dərindən araşdırılsa, baş mühasibin yolu dəmir barmaqlılar arasında keçəcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.