Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Beyləqanın maliyyə bossunun maliyyə maxinasiyaları

 

Redaksiyamıza Beyləqan rayon Maliyyə İdarəsinin müdiri Oqtay Hacıyevlə bağlı məlumat daxil olub.

 

"Xeberinfo.com":   Məlumata görə, O.Hacıyev uzun zamandır icra başçısı Vaqif Abdullayevin adından rayonun bir çox idarə və müəssisələrindən pul yığır. O.Hacıyev müəyyən ştatlaı məhz pulla idarələr satır və bunu icra başçısının göstərişi ilə elədiyini deyir. Məlumatda iddia olunur ki, Maliyyə Nazirliyindən Beyləqan Maliyyə İdarəsinin yoxlanılması üçün nümayəndələr göndərilib və O. Hacıyev onları razı salmağa çalışır. Amma yeyintinin miqyası böyük olduğundan O.Hacıyevin işi çətinə düşüb. Məlumatda bildirilir ki, O.Hacıyevin əsas yeyinti işi kənd icra nümayəndəliklərinə,eləcə də Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbəsinə cari tamir üçün ayrılan pulları mənimsəməkdən ibarətdir. Bu işdə ona əsas dəstəyi isə Mədəniyyət və Turizm İdarəsinin baş mühasibi Məhəmməd Həsənov verir. Əvvəllər Pambıq Zavodunun müdiri işləyən O Hacıyevin ikinci diplomunun qanunauyğun olmadığı və Təhsil Nazirliyinin diplom bankında qeydiyyatdan keçmədiyi bildirilir. Məlumatda onun, diplomu İqtisad Universitetinin Dərbənd filialından aldığı qeyd edilir. Bu məsələ ilə bağlı redaksiyamıza daha ciddi məlumatlar daxil olub və hazırda onları araşdırırıq. Bundan sonra həmin məlumatları təqdim edəcəyik.

 

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. 

Xalqxeber.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam