Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İzmir universitetində kütləvi həbslər - "FETÖ İŞİ"

Türkiyə polisi FETÖ terror qruplaşmasının tərəfdarlarının fəaliyyətinin istintaqı çərçivəsində növbəti əməliyyat keçirib.

Xeberinfo.com:  Məlumata görə, hüquq-mühafizə orqanları İzmir şəhərində Katip Çələbi universitetinin 29 əməkdaşını saxlayıblar. Ümimilikdə prokurorluq həbs üçün 35 məhkəmə ərizəsi alıb.

Əməliyyat eyni zamanda İzmir, Kocaeli və Manisada keçirilib.

Məlumata görə, şübhəli şəxslər arasında 15 iyul dövlət çevirilişinə cəhd zamanı Ankarada kəşfiyyat və xüsusi təyinatlı polis qüvvələrinin binasına zərbələr endirən hərbi pilotin həyat yoldaşı da var.

Türkiyənin NTV telekanalının məlumatına görə, şübhəlilərin bəzilərinin telefonunda çevrilişə cəhd zamanı üsyançıların bir-biri ilə ünsiyyət qurmaq üçün istifadə etdiyi "Bylock" proqramı aşkar edilib.

Hazırda saxlanılan şəxslərin mənzillərində axtarış keçirilir, Fətullah Gülən haqqında kitabların tapıldığı xəbər verilir.

Bundan əlavə, istintaqa İqtisadi Cinayətlərlə Mübarizə İdarəsi də cəlb edilib. Belə ki, saxlanılanların bəziləri Fətullah Gülənlə bağlı olan, hökumətin qərarı ilə bağlanılan "Bank Asya" vasitəsilə pul köçürməsi reallaşdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam