Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

PKK Azərbaycan şirkətində terror planlaşdırıb - ŞOK

pkk_hava_saldirilari_fiyaskodur_dedi_operasyonlardaki_toplam_kaybini_acikladi_h52828_832aa

PKK terror təşkilatının SOCAR-ın Türkiyədəki müəssisəsində partlayış törətmək planının olduğu üzə çıxıb.

Xeberinfo.com:   Türkiyənin “Star” qəzetinə istinadən məlumata görə, belə bir planın olduğu İzmir polisinin həyata keçirdiyi əməliyyat zamanı yaxalanan terrorçunun ifadəsi zamanı ortaya çıxıb.

İzmir Polis İdarəsi ötən bazar günü İzmir şəhərində partlayış törətmək istəyən 3 terrorçunu yaxalayıb. Terrorçulardan biri bazar günü yerli vaxtla saat 22.00 radələrində 3 kq partlayıcı ilə yaxalanıb, digər iki terrorçu qaçıb. Polisin həyata keçirdiyi əməliyyat nəticəsində terrorçulardan 23 yaşlı Mehmet D. bir gün sonra Bayraklıda qardaşının evində, Ahmet D. isə Qarabağlarda yaxalanıb.

679a0378f534f26b3919ac568c60fc1eUniversitet tələbəsi olan Mehmet D. Şimali İraqda təlim keçdiyini, bir həftə əvvəl qaçaq yolla Türkiyəyə, İzmirə gəldiyini, şəhərdə hakim Ədalət və İnkişaf Partiyasının qərargahı və ticarət mərkəzləri yaxınlığında kəşfiyyat apardığını bildirib. Mehmet D. deyib ki, PKK partlayışlar törətmək üçün polisin diqqətini çəkməyən universitet tələbələrini xüsusi olaraq seçib: “Mən kəşfiyyat üçün İzmir Əliağadakı “Petkim” müəssisəsinə də gedəcəkdim, uzaq olduğu üçün gedə bilmədim. Partlayış törədəcəyimiz yerlər arasında polis və hərbçilərlə yanaşı, Türkiyə iqtisadiyyatında önəmli rol oynayan müəssisələrə də hücum əmri verilib. PKK strategiyasını dəyişib, Türkiyədə polis və əsgərlərlə bərabər, bundan sonra Türkiyə iqtisadiyyatı üçün önəmli müəssisələrə də hücum edilməsi, beləliklə, Türkiyə iqtisadiyyatına zərbə vurulması əmrini verib”.

Qeyd edək ki, “Petkim Petrokimya Holding A. Ş.”-nin səhmlərinin 58%-i “SOCAR Enerji Türkiye A.Ş.”-yə məxsusdur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam