Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Azərbaycan diplomatı içib qəza törətdi, ağır yaralanan var - VİDEO

Azərbaycanın Kiyevdəki səfirliyinin yüksək vəzifəli əməkdaşı, yaxud ola bilsin ki, səfirin özü sərxoş vəziyyətdə xidməti avtomobili yüksək sürətlə idarə edərək ağır qəza törədib.

Xeberinfo.com:  Virtualaz.org  xəbər verir ki, hadisə bu gün Kiyevin Bessarabiya meydanı yaxınlığında baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, səfirliyin “Mitsubishi Outlander” markalı avtomobili yüksək sürətlə hərəkətdə olarkən Kreşatik meydanından Şevçenko bulvarına  doğru dönməyə çalışıb. Bu zaman hərəkət sürəti yüksək olduğundan avtomobil idarəetməni itirərək səkiyə çıxıb, orada beton manəyə dəyərək yolun qarşı hərəkət hissəsinə çıxıb, orada “Renault” və “Toyota” markalı iki avtomobili vurub.

Qəza nəticəsində bir nəfər-“Renault”nun sürücüsü ciddi xəsarət alıb. Qəzadan sonra diplomatın avtombili qısa zamanda hadisə yerindən evakuasiya edilib. Bildirilir ki, sükan arxasında ya səfirin özü, ya da onun müavini olub. Digər məlumata görə sükan arxasında Azərbaycan konsulu imiş. Qəzadan sonra Şevçenko bulvarında nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Hələlik polis qəzaya səbəb olan sürücü ilə bağlı məlumat yaymayıb.

Şahidlərin bildirdiyinə görə,qəzadan sonra hadisə yerinə post-patrul xidmətinin əməkdaşları ilə yanaşı Ukrayna Təhlükəsizlik Xidmətinin işçiləri də gəlib. Qəzaya səbəb olan diplomatın özünün xəsarət alıb-almadığı haqda məlumat yoxdur. Qəzada "Toyota" avtomobilinin sürücüsü də yüngül xəsarət alıb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam