Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

“MTN”çi sevgilisi ilə “əməliyyata” getdi - həqiqi MTN əməkdaşları tərəfindən tutuldu

“MTN”çi sevgilisi ilə “əməliyyata” getdi - həqiqi MTN əməkdaşları tərəfindən tutuldu- təfərrüatlar

 

 

Özünü MTN əməkdaşı kimi təqdim edib, hədə-qorxu gələrək vətəndaşdan pul almaq istəyən şəxs saxlanılıb. Elə onu həbs edənlər həqiqi MTN (artıq keçmiş) əməkdaşları olub.
Xeberinfo.com:   Bu əməli törətməkdə Ramil Qədimova tanışı Fidan Hüseynova və xalası oğlu Vüqar Həsənov da kömək edib. Adı çəkilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Məhkəmə prosesində hadisənin təfərrüatları məlum olub. 
Prosesə sədrlik edən hakim Eldar İsmayılov təqsirləndirilən Vüqar Həsənova ifadə verməyi təklif edirb. Lakin təqsirləndirilən şəxs ifadə verməkdən imtina edib. Bu səbəbdən də V.Həsənovun istintaqa verdiyi ifadə elan olunub.
2 uşaq atası V.Həsənovun ifadəsindən məlum olub ki, Rövşən Bayramov adlı xalası oğlu ona müraciət edərək tanışlarına torpaq sahəsinin sənədləşdirilməsinə kömək edə biləcək şəxslər tapmasını istəyib. 
Torpaq sənədləşdirməsini üçün 6 min manat
 
Картинки по запросу оформление права собственности
Torpaq sahəsinin sahibi isə Yaşar Bayramov olub. Yaşar Bayramov 31 hektar torpaq sahəsinin sənədləşdirilməsi işlərinin aparılması üçün bu işi qısa zaman ərzində görə biləcək adamlar axtarırmış. 
Bir müddət sonra tərəflər arasında razılıq əldə olunub. Təqsirləndirilən Vüqar Həsənovun xalası oğlu bu işi görə biləcək adam tapdığını və bunun üçün 6 min manat pul lazm olduğunu deyib.
V.Həsənov istintaqa verdiyi ifadəsində deyib ki, Yaşar Bayramov qeyd edilən məbləği ödəmək üçün razılıq verib və iki gün sonra 6 min manatı gətirəcəyini vəd edib. Lakin bir neçə gün keçsə də Y.Bayramov pulu verməyib. 
“İşi görənlər razılaşdırılmış məbləği istəyirdilər. Xalam oğlu pulu məndən, digər şəxslər isə pulu ondan istəyirdilər. Bizə tez-tez zəng edirdilər. Ancaq pulu ala bilmirdik”- deyə V.Həsənov ifadəsində qeyd edib. Bura qədər yaşananlarda adı çəkilməyən və hazırda müttəhimlər kürsüsündə əyləşən Ramil Qədimov isə prosesə sonradan qoşulub. Belə ki, Vüqar Həsənov digər xalası oğlu Ramil Qədimovla söhbət edərkən başlarına gələnləri danışıb və Yaşar Bayramovun onlara 6 min manat “atdığını” deyib. 
Ramil Qədimov isə bu işi öz bildiyi kimi həll edəcəyini deyib. Lakin Vüqar Həsənov bununla razılaşmayıb. 
İstintaqa ifadəsində xalası oğlu Ramilin bu işi həll etmək üçün ona bir neçə dəfə zəng etdiyini deyən V.Həsənov problemin xoşluqla həll edilməsini istədiyini söyləyib: “Problem olmasını istəmirdim. Düşünürdüm ki, işi özümüz həll edərik. Ancaq sonra başqa çıxış yolu olmadı”.
“MTN əməliyyatı” planlaşdırılıb
 
Картинки по запросу
Bundan sonra Vüqar Həsənov işi öz qurduğu planla həll etmək qərarına gəlib. Bunun üçün də xalası oğlu Ramillə görüşüb. 
V.Həsənov qurduğu planı istintaqa ifadəsində belə danışıb: “Bir müddət əvvəl Yaşar Bayramovun “banditzm”ə aparıldığını, dələduzluq əməli etdiyini bilirdim. Onun hüquq-mühafizə orqanlarından qorxduğunu yaxşı bildiyim üçün təklif etdim ki, Ramil özünü MTN əməkdaşı kimi təqdim etsin. Dedim ki, səliqəli şəkildə, kostyum geyinib Yaşarla görüşə getsin. Əgər ondan vəsiqə istəsə, desin ki, MTN əməkdaşı vəzifə başında vəsiqəsini təqdim etmir. Əgər israr eləsə, onu MTN-in binasına aparmaqla hədələsin. Yaşarın qorxaq olmasından istifadə etsin. Beləliklə də onun qorxub pulu verəcəyini düşünürdüm”.
“MTN əməkdaşı” “əməliyyata” sevgilisi ilə gedib
 
Картинки по запросу DTX binası
Elə V.Həsənovun ifadəsində dediyi kimi də olub.  V.Həsənov ifadəsində xalası oğlunun görüşə tək yox Fidan adlı qızla getdiyini deyib. Və o, ifadəsinə əlavə edib ki, Fidan xalası oğlunun qeyri-rəsmi yaşadığı qız olub və onun yüngül əxlaqlı olduğunu düşünüb. 
V.Həsənov ona Yaşar Bayramovda olan 6 min manatın lazım olduğunu, lakin özünü MTN əməkdaşı kimi təqdim edən xalası oğlunun zərərçəkmişdən nə qədər tələb etdiyindən xəbərinin olmadığını bildirib. İşin üstü açılandan sonra Vüqar xalası oğlunun Yaşar Babayevdən 10 min manat tələb etdiyini öyrənib. 
Xala oğlanları MTN-in binasında görüşüblər
 
Картинки по запросу türmədə görüş kamera
Hədə-qorxulardan sonra Yaşar Bayramov Ramil Qədimov barəsində gerçək MTN-ə şikayət edib. Bununla da bütün işlərin üstü açılıb. V.Həsənov ifadəsində deyib ki, xalası oğlu Y.Babayevlə görüşəndən sonra ona zəng edib və işi həll etdiyini söyləyib. Bir müddət sonra isə onu MTN əməkdaşları saxlayıb və nazirliyin binasına aparıblar. 
V.Həsənov MTN-in binasında xalası oğlunu görəndə hər şeyi başa düşüb.
“Mən MTN-də olanda başa düşdüm ki, gördüyümüz işin üstü açılıb. Bütün ifadəmi səmimi şəkildə verdiyimi nəzərə almağınızı xahiş edirəm”- deyə V.Həsənov istintaqa ifadəsində qeyd edib. 
Prosesdə dövlət ittihamçısının, hakimin və vəkillərin suallarını cavablandıran V.Həsənov ifadəsində qeyd edilən bəzi məqamları təsdiqləmədiyini deyib. Bunu belə izah edib: “İfadəyə imza ata bilərəm. Amma məni döyüblər. Nə də deyiblər yazmışam”.
O, əsasən də xalası oğlunun sevgilisi olan Fidan Hüseynova barəsində yazılanların doğru olmadığını və onu tanımadığı, görmədiyini deyib. 
Məhkəmə prosesi şahidlərin ifadəsi ilə davam etdirilib. 
 
Картинки по запросу şahidlərin ifadəsi məhkəmə
Əvvəlcə şahid qismində təqsirləndirilən Vüqar Həsənovun anası Məhbubə Həsənova prosesə çağırılıb. Lakin o, ifadə vermək istəmədiyini bildirib. 
Digər şahid isə İrşad Süleymanov olub. Onun dedikləri isə hadisənin qaranlıq qalan digər tərəflərinə aydınlıq gətirib. 
“Əvvəlcə 100 min istəyirdilər...”
 
Картинки по запросу 100 min istəyirdilər
İrşad Süleymanov zərərçəkmiş Yaşar Bayramovun iş yoldaşı olub. O, ifadəsində bildirib ki, Elnur adlı şəxs ona zəng edərək özünü MTN əməkdaşı kimi təqdim edib. Və Yaşar Bayramovu axtardığını söyləyib. 
“Nömrəmi hardan aldığını soruşdum. Özünü Elnur kimi təqdim etdi. Və onlarda bütün məlumatların olduğunu söylədi. Səs tonu, dedikləri məni inandırdı. Dedi ki, Yaşar bir müddət əvvəl “səhv” edib. Yaşarın həmin işini isə o həll edib. İndi Yaşar aradan çıxıb və ona çatacaq məbləği ödəməyib. Özünü Elnur kimi təqdim edən şəxslə telefonda 15 dəfədən artıq danışdıq. Hər gün zəng edirdi. Mən də gedib Yaşarı axtardım. Nömrəsinə zəng çatmırdı. Evinə gedəndə gördüm ki, Yaşar halsız vəziyyətdədir. Elnur adlı şəxs mənə dedi ki, Yaşar buna görə 100 min verməlidir. Mən də Yaşarla danışırdım. Elnur deyirdi ki, “Yaşarın özü qorxursa, gəlməsin. Pulu çatdırsın”. Mən də bunları Yaşara deyirdim. Ancaq bilirdim ki, Yaşarla onun arasında bir dəfə görüş olub”- deyə şahid ifadəsində bildirib. 
İ.Süleymanov onunla MTN əməkdaşı kimi danışan şəxsdən şübhələnsə də qorxudan heç nə edə bilməyib. O, bunu belə izah edib: “Əvvəlcə şübhələndim. Amma sonra məni izlədikləri ilə bağlı bəzi sözlər dedi. Nə vaxt hara getdiyimi, maşınla harda olduğumu dedi. Dedim bəlkə maşına cihaz qoyub məni izləyirlər. Həyətdə maşının altına, içinə baxdım. Sonra bu söhbətlər uzandı. Mən də məbləğin aşağı salınması üçün Elnur adlı şəxsdən xahişlər edirdim. 50 min, sonra 30 min oldu. Ən sonda 10 mində dayandı. Belə razılaşma oldu. Sonra Yaşar MTN-ə şikayət etdi”. 
Şahid İrşad Süleymanov özünü MTN əməkdaşı kimi təqdim edən Elnur adlı şəxsin əslində Ramil Qədimov olmasını MTN-in binasında olarkən öyrənib. O, MTN-də Yaşar Bayramovun şikayəti üzrə ifadə verərkən Ramil Qədimov ona zəng edib. Bununla da Ramil Quliyev özünü ələ verib: “Yenə mənə zəng gəldi. Telefonu açıb həmişə danışdığım kimi danışdım. Telefonu mikrofona qoydum. MTN işçiləri də qulaq asdı. Səs yazısı aparıldı”- deyən İ.Süleymanov istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib. 
Qeyd edək ki, bu cinayət işi üzrə təqsirləndirilənlərdən Fidan Hüseynova dəmir barmaqlılar arxasında deyil. Zamində olan F.Hüseynova məhkəmə proseslərində iştirak edir. 
Təqsirləndirilən Vüqar Hüseynov və Ramil Qədimov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunurlar.
Növbəti məhkəmə prosesi oktyabrın 25-nə təyin olunub.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam