Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Oliqarx məhkəmədə şeir demək istədi: “19 milyon dollar mənim üçün heç nədir"

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi adı keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Xeberinfo.com:  Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində azərbaycanlı milyonçu Gülağa Qəmbərov ifadə verib. O, İlham Qasımovun cinayət işində zərəçəkmiş şəxs kimi tanınıb.

“Çindən təyyarə ilə bu gün gəlmişəm…”

Rusiyada yaşayan milyonçu ifadəsində ona ümumilikdə 19.5 milyon dollar zərər dəydini bildirib.
Bakıya bu gün gəldiyini deyən G.Qəmbərov ifadəsində həbs edilən İlham Qasımovla münasibətlərindən və ona verdiyi milyonların taleyindən danışıb: “Çindən saat 8-də gəlmişəm. Məhkəmədə ifadə verib, axşam da təyyarə ilə geri qaydıacam. Əslində işin belə olmasını istəməzdim. İlhamı indi də burada görəndə pis oluram. Pulları İlhama bir ay ərzində vermişəm. Ümumilkdə 19 milyon 500 min dollardır. Mən bu günə qədər heç bir azərbaycanlı ilə şəriklik etməmişəm. Amma İlhamla tanış oldum, o, mənim ürəyimə girdi, etdiyi təklifi qəbul etdim. Sonra aramızda problemlər yarandı”.
Milyonçu deyib ki, İlham Qasımovdan şikayətçi olmasına əsas səbəb tanımdığı şəxslərin onun yanına gələrək pul tələb etməsi, onlara borclu olduqlarını deməsi olub. G.Qəmbərov deyib ki, Moskvada ofisinə gələn xeyli insan ondan pul tələb edib: “Bina tikintisi aparacaqdıq. Sonra tikilən evlər bir neçə nəfərə satıldı. Şikayətçilər də mənim üstümə gəlirdi. İlk verdiyim 10 milyon dollara bina tikilməli idi. Bina tikilə-tikilə evlərin satılacağını deyirdi. Ancaq bunun qanunla da qadağan olunduğunu düşünüb, belə olmamasını istədim. Evlərin tikildikdən sonra satılmasını istədim. Əlavə olaraq 3 milyondan artıq pul verdim. Sonra “Nizami” metrostansiyasının arxasında yarımtikili bir ərazini mənə göstərib, orada da bina inşa edə biləcəyimizi dedi. Həmin yerin ona məxsus “Real” MTK-ya aid olduğunu dedi. Bunun üçün də pul ayrıdıq”.

“19 milyon 500 min dollar verəsən, sonra da səni söyələr...”

Milyonçu sonradan aldadıldığını bilib və pulunu geri tələb edib. Bu işlərin üstü isə G.Qəmbərovun dediyinə görə, dostu Cəbrayılla danışıqdan sonra açılıb: “Bakıda olan yaxın dostum Cəbrayılla məsləhətləşdim. Belə bir adamla iş gördüyümü dedim. Və “Nizami” metrostansiyasının arxasında olan həmin ərazini aldığımızı söylədim. Dostum dedi ki, həmin ərazi problemlidir. Həmin yerə əl qoymamağı məsləhət bildi. Dedi ki, həmin yerin sahibi Şakir adlı şəxs olub və  çox adama qarşı dələduzluq etdiyinə görə həbs edilib. Bir müddət sonra isə həbsxanada ölüb. Mən daha sonra araşdıranda bildim ki, həmin ərazi İlhamın deyil. Ardınca belə problemlər artmağa başladı. Mən beləliklə də aldadıldığımı bildim. Pulumu tələb etdiyim üçün isə hədələndim, söyüldüm. 19 milyon 500 min dollar pul verəsən, sonra da səni söyələr, ailəni təhdid edələr”.

“Vəzifəli şəxslərə müraciət edəndən sonra...”

G.Qəmbərov İlham Qasımovun ona pulunu qaytaracağı ilə bağlı vəd verdiyini deyib. İlham Qasımovdan alacağı pulla kimsəsizlər evi tikdirəcəyini deyən milyonçu prinsipial adam olduğu üçün işin sonuna qədər gedəcəyini söyləyib.  
 
Apardığı araşdırmalardan sonra İlham Qasımovun dələduzluq əməlləri barədə məlumatlar əladə etdiyini deyən oliqarx bundan sonra Azərbaycanda vəzifəli şəxslərə görüşüb: “Mən baxdım ki, xeyli sayda insan İlham Qsımovdan şikayətçidir. Amma mən İlhamı çox yaxşı bir insan kimi, iş adamı kimi tanımışam. Azərbaycanda saytlarda, mətbuatda onun barəsində şikayət dolu xəbərlər oxudum. Bakıya gələndə dövlət orqanlarına, vəzifəli şəxslərə müraciət etdim. Bundan sonra onun barəsində tədbir  görüldü, İlham həbs edildi”. 

“I Avropa Oyunlarının təşkilinə də 8 milyon pul vermişəm”

Azərbaycanda yüksək vəzifəli şəxslərlə münasibətlərinin olduğunu, dövlətçiliyə xidmət etdiyini deyən oliqarx İlham Qasımovu əfv etməsi üçün indi də gec olmadığını deyib: “Mən həmişə dövlətçiliyə xidmət etmişəm. Xeyirxah işlərlə məşğul olmuşam. Məni tanıyan hər kəs bunu bilir. Dövlət proqramlarının icrasında, müəssisələrin tikilməsində ölkəm üçün pulumdan keçmişəm. I Avropa Oyunlarının təşkilinə də 8 milyon pul vermişəm. Həmişə də dövlətimə, millətimə sadiq olmuşam. Mən düşünürdüm ki, indi də gec deyil. İlham heç olmasa, 1 milyon gətirib, üzr istəsəydi, səhv etdiyini desəydi, mən onu bağışlaya bilərdim. Amma İlham söyüş söyüb ki, mənə 1 manat da verməyəcək. Mən də bu işin sonuna qədər gedəcəm. Nə qədər pul alsam da uşaq bağçası, kimsəsizlər evi tikdirəcəm. Pul mənim üçün heç nədir. Sadəcə yaşamaq üçün vəsaitdir ”.
 
İlham Qasımovla biznes münasibətlərindən danışan oliqarx birlikdə ailə biznesi yaratmaqla bağlı razılıq əldə etdiklərini deyib: “Biz razılaşmışdıq ki, “Real” MTK-nı ailə biznesimiz edək. MTK mənim arvadımın, övladımın, İlhamın arvadının və oğlunun adına olacaqdı. Belə də oldu. Razılaşma, sənədlərin imzalanması bu şəkildə oldu. Razılaşmışdıq ki, bu işdən gələn qazanc ailəmiz, uşaqlarımız üçün olacaqdı. MTK-nın faktiki rəhbəri isə İlhamla mən idik”.

“İşin alınmamasına sevinib, Qurban kəsdim. 60-70 milyonum da belə gedəcəkdi”

İlham Qasımovla aralarında “Odlar Yurdu” MTK-nın yaradılması ilə bağlı razılıq da əldə edildiyini deyən oliqarx bu işin alınmamasından çox sevindiyini və hətta Qurban kəsdiyini də deyib: “Yaxşı ki, “Odlar Yurdu” MTK təsis edilsə də, sonradan işlər dayandı. Qurban kəsdim ki, yaxşı ki, iş alınmadı. Yoxsa 60-70 milyonum da belə gedəcəkdi. Evlər tikiləcəkdi, bir ev 4-5 nəfərə satılacaqdı”.
İlham Qasımovun vəkili azərbaycanlı oliqarxın təqsirləndirilən şəxsə nə qədər pul verdiyini dəqiqləşdirmək üçün ona suallar verib. Oliqarxın cavabı isə belə olub: “Siz mənim pulumu saymayın. Müdafiə etdiyiniz şəxsin həbsdən çıxarılmasına çalışın. Belə sualları da mənə verməyin. Pul mənim üçün heç nədir. Sadəcə yaşamaq üsün bir vasitədir. Mən halal adamam. Ancaq öz pulumu tələb edirəm. Siz mənim şeirlərimə qulaq assanız, necə bir insan olduğumu görərsiniz. Bakıya gələndə təyyarədə şeir yazmışam. Məhkəmə icazə versə, onu burada oxuyardım”.
Hakim milyonçunun bu istəyini qəbul etməyib. 

“Mən sənin var-yoxunu söyməmişəm...”

Məhkəmədə təqsirləndirilən İlham Qasımov oliqarxın çıxışına münasibət bildirmək üçün söz istəyib. Oliqarx Gülağa Qəmbərovla iş adamı olan bir dostu vasitəsi ilə tanış olduğunu, onu çox yaxşı bir insan və biznesmen olaraq bildiyini deyib: “Türkiyəli iş adamı dostum vasitəsi ilə Gülağanı tanıdım. Bir yerdə çörək yeyib, tanış olmuşuq. Onu çox yaxşı bir insan kimi tanımışam. İşini əla bilən bir biznesmen idi. Ancaq bir məsələ var ki, hər kəsə asanlıqla inanır. Mən onun var-yoxuna da söyməmişəm. Bunu kişi kimi deyirəm”.
İlham Qasımov oliqarxla aralarında yaranan problemlərin günahkarı kimi digər iş adamlarını göstərib:“Bizim Gülağa ilə heç bir problemimiz yox idi. İşlər qaydasında gedirdi. Amma bəziləri aramıza girdi. Görürdülər ki, biz birlikdə çox yaxşı işlər görürük. Qorxdular ki, bütün işləri biz edərik. Bu işlərdən əlavə dəniz kənarlarında ərazilərə baxdıq. Yeni işlər görəcəkdik. Ancaq aramıza girib, bizi düşmən elədilər. Yalandan Gülağaya dedilər ki, İlham səni aldadır. Araya bir iş adamı girdi. O, Gülağadan 6 milyon aldı. Sonra həmin adamı “Beynəlxalq Bank işi”nə görə həbs elədilər. Həmin pul da batdı. Sistemi elə qurdular ki, biz düşmən olaq”.
Məhkəmə prosesi oktyabrın 13-də davam etdiriləcək.  
Qeyd edək ki, təqsirləndirilən İlham Qasımov elan olunan ittihamla özünü günahkar bilmədiyini deyib. Xatırladaq ki, İlham Qasımov “Real” MTK-nın rəhbəri olub. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. 
Qeyd edək ki, İlham Qasımov MTN generalı olmuş Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınmış şəxslərdən biridir. Bakı Hərbi Məhkəməsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə məktub göndərilib. Məktubda qeyd edilir ki, İlham Qasımov “Akif Çovdarov işi”ndə zərərçəkmiş kimi tanınıb. 
A.Çovdarov və onunla birlikdə həbs edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işinə Bakı Hərbi Məhkəməsinin hakimləri tərəfindən baxılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam