Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Məhkəmədə 19,5 milyonluq iddia - "Çovdarov işi"

covdar

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Xeberinfo.com:  “Report”un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid Sahib Cahangirli ifadə verib.

O, ifadəsində 2013-cü ildən İ.Qasımovun “Real” MTK şirkətində çalışdığını bildirib: “2014-cü ildə hazır olan binalara sakinlərin köçürülməsi ilə məşğul olmuşam. Daha sonra müqavilə bağlandı. Müqaviləyə əsasən, binalar tikiləndən sonra mənə 10,5 milyon manatlıq ev verilməli idi. Lakin həmin pullar verilmədi. Binəqədi Rayon Məhkəməsinə müraciət edim. Məhkəmənin qərarına əsasən, mənə 4,5 milyon manat ziyan dəyildiyi göstərildi. İstintaq zamanı ifadə verərkən təzyiqlərlə üzləşdiyim üçün kağızlara baxmadım”.
Onun sözlərinə görə, şair Gülağa Tənha tikinti üçün pul verəndə orada olub.
Hazırda məhkəmə prosesi davam edir.

Qeyd edək ki, İ.Qasımov bu il iyun ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İ.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra İ.Qasımov barəsində CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham irəli sürülüb.

Məhkəmə prosesində zərərçəkmiş qismində şair Gülağa Tənha (Gülağa Qəmbərov) ifadə verib. O, İ. Qasımova 19,5 milyon dollar verdiyini deyib.
Xatırladaq ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam