Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Ərdoğanın təyyarəsi yanacaq çatışmazlığına görə vurulmayıb


 

Türkiyədə çevriliş zamanı üsyançıların əlində olan F-16 qırıcısı prezident Rəcəb Tayyib Ərdoğanın təyyarəsini raketlə vurmalı idi, lakin yanacaq çatışmazlığı buna mane olub.

Xeberinfo.com:   Bu barədə “Yeni Şafak” qəzeti yazıb.

Qəzetin mənbələrinin məlumatına görə, Ərdoğanın təyyarəsinə hücum prezident Dalamandan (Ərdoğan ora Mərmərədə istirahətdən sonra gəlmişdi-red.) İstanbula uçarkən səmada reallaşdırılmalı idi. Lakin Dalamandakı Ərdoğana sadiq hərbi qarnizonun komandiri Murat Səlcuq Çol prezidentin təyyarəsini təcili təhlükəsizlik tədbirləri şəraitində enişə hazırlayıb. Belə ki, üsyançıların aviasiyasının enməsinin qarşısını almaq üçün uçuş-enmə zolağındakı bütün işəqlar söndürülüb. Prezidentin laynerinə isə Turkish Airlines aviaşirkətinin mülki təyyarəsi kimi adi kod verilib.

Ərdoğanın təyyarəsi İstanbula yaxınlaşarkən ölkənin şimal-qərbindəki Balıkəsir rayonunda üsyançıların nəzarəti altında olan F-16 qırıcılarının manevrlərinə görə təhlükəsizliyi təmin etmək üçün marşrutu dəyişib və yarım saat ərzində Bandırma şəhəri- Mərmərə dənizi üzərində dövrə vurub.

Bosfor boğazından gələn və "hava-hava" raket ilə prezident təyyarəsini vurmalı olan F-16 qırıcısı atəş üçün əlverişli məqam seçdiyi anda yanacağı qurtarıb və o, yanacaq doldurmaq üçün geri qayıtmaq məcburiyyətində qalıb.

Nəşr yazır ki, qırıcı elə havadaca yanacaq doldurandan sonra hücuma hazır olanda isə Ərdoğanın təyyarəsi İstanbulda artıq eniş etmişdi...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam