Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İranda azərbaycanlıların etirazlarından sonra həbslər başlayıb

tebriz-etiraz-mitinqUrmiyədə azərbaycanlıların etirazları zamanı saxlanılanlardan ən azı ikisi həbsdədir.

Xeberinfo.com:  İranın Qərbi və Şərqi Azərbaycan əyalətlərində etirazlar Təbrizdə, yerli qəzet türkləri təhqir edən ifadələr dərc etdikdən sonra başlayıb.

Yeni Layihə qəzeti bir həftə öncə dərc olunan sayında Şahnamə əsərini uşaqlara izah edərkən türk döyüşçünü təhqiramiz ifadələrlə təsvir edib və bunu əsərdən sitat kimi təqdim edib.

Çərşənbə axşamı günü Təbrizdə yüzlərlə adam qəzetin yeni tərtibatına etiraz olaraq nümayişə çıxıb. Məlumatlara görə, bir nəfər həbs olunub.

İzdihamı göstərən və internetdə yayılan videolarda “Haray Haray Mən Türkəm”, “Ölüm olsun faşistə” şüarlarının səsləndirildiyini görmək olar.

Etirazçılar həmçinin “Azərbaycan milləti, çəkəməz bu zilləti” şüarını səsləndiriblər.

Azərbaycanlılar Urmiyədə də eyni məsələ ilə bağlı etirazlar keçirməyə cəhd etsələr də, əraziyə təhlükəsizlik qüvvələri yeridildiyindən toplaşanların sayı çox olmayıb. 3 nəfər saxlanılıb, onlardan ikisi hələ də həbsdədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam