Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İranda azərbaycanlılar ayağa qalxdı - FOTO+VİDEO

iran etiraz“Tərh-i No” qəzetinin türkləri təhqir etməsi ilə bağlı Təbriz və Urmiyə şəhərlərində iyulun 26-da başlayan etiraz aksiyasına çox sayda soydaşımız qatılıb.

Xeberinfo.com:   Aksiya keçirilən ərazilərə əlavə təhlükəsizlik qüvvələri cəlb olunmaqla aksiyaların daha çox genişlənməsinin qarşısı alınsa da, hər iki şəhərin müəyyən məntəqələrində etiraz yığıncağı keçirilib. Məlumata görə, təhlükəsizlik qüvvələri dinc keçirilən aksiyalara gözyaşardıcı qaz və dəyənəklə (batum) hücum edərək yığıncağı dağıtmağa çalışıblar.

Təbrizdə “Rasta küçə” məhəlləsi, Urmiyədə isə İmam və Ətayi xiyabanlarının kəsişməsində dinc yığıncaq keçirən əhali təhlükəsizlik qüvvələrinin kobud müdaxiləsi ilə üzləşib. Hər iki şəhərdə onlarla etirazçının təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və naməlum istiqamətə aparıldığı bildirilir.

Təbriz və Urmiyədə keçirilən aksiyalarda “Haray Haray mən türkəm”, “Azərbaycan milləti – Çəkməz bu zilləti” və s. kimi şüarlar səsləndirilib.

Ərdəbil şəhərində isə iyulun 26-da şəhərin müxtəlif məntəqələri, xüsusi ilə də yığıncağın keçirilməsi üçün nəzərdə tutulan əraziyə çox sayda təhlükəsizlik qüvvələri və mülki geyimli xüsusi qüvvələr cəlb olunub. Onlar gün ərzində şəhəri nəzarətdə saxlamaq üçün saatlarla güc nümayiş etdirib və hər yeri kontrol etməyə çalışıblar. Tanınmış milli-mədəni fəal Abbas Lisaninin ev və iş yerinin ətrafına isə daha çox təhlükəsizlik qüvvələri toplaşıb. Onlar, vəziyyəti kontrol etmək üçün A.Lisaninin mağazasına gedib çıxanları nəzarətdə saxlayıblar. Həmçinin təhlükəsizlik orqanları bir neçə ərdəbilli milli-mədəni fəalla əlaqə saxlayıb və onları təhdid edərək Xəbər Mərkəzinə müraciət etmələrini istəyiblər. Bəzi fəalların çağırışa məhəl qoymadığı və Xəbər Mərkəzinə müraciət etmədikləri bildirilir.

Azərbaycanlı fəallar iyulun 28-də (mordadın 7-də) növbəti dəfə etiraz aksiyası keçirməyi planlaşdırır. Növbəti aksiyanın Azərbaycan Təşkilatları tərəfindən dəstəklənəcəyi də istisna edilmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam