Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

İran televiziyasının direktoru üzr istədi: 47 nəfər həbs edildi

img1934621

İranda azərbaycanlıların kütləvi etirazlarına səbəb olan İran dövlət televiziyasındakı “Fitilə” adlı proqramı fəaliyyətini dayandırıb.
Xeberinfo.com:  APA TV-nin xəbərinə görə, İran mətbuatı bildirir ki, proqramın fəaliyyətinin dayandırılması ilə yanaşı, bir neçə məsul şəxs də tutduğu vəzifəsindən uzaqlaşdırılıb.
Eyni zamanda televiziyanın direktoru Məhəmməd Sarafraz etiraz edən xalqdan üzr istəyib. Buna baxmayaraq, İranda azərbaycanlıların etirazları davam edir. Küçə nümayişlərinin qarşısını almaq üçün ötən gün bir çox şəhərlərdə polis qüvvələri gücləndirilmiş rejimdə işləyib.
Etirazçılar isə televiziyanın birbaşa bağlı olduğu ali dini lideri Ayətulla Əli Xamneyinin üzr istəməsini və İran parlamentinin etnik xalqlara, xüsusilə də azərbaycanlılara ayrı-seçkiliyi qadağan edən qanun qəbul etməsini tələb edir. Azərbaycanlıların etirazlarına İrandakı digər etnik xalqlar da qoşulublar. Belə ki, ərəb və bəluc fəallar azərbaycanlıları dəstək xarakteri daşıyan bəyanat yayıblar.
Güney Azərbaycanın Meşginşəhr şəhərində isə 22 nəfər saxlanılıb. Bu barədə informasiyanı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi yayıb. ETTELAAT-ın (İranın Kəşfiyyat Nazirliyi) həbs etdiyi 22 nəfərdən 4-nün 18 yaşdan aşağı yeniyetmə olduğu bildirilir.
Qeyd edək ki, hazırkı həbslərlə saxlanılanların sayı 47 nəfərə çatıb.
Xatırladaq ki, ötən gün İranda Azərbaycan türkləri izdihamlı etiraz aksiyaları keçirib. Aksiya iştirakçıları noyabrın 6-da İranın “Kanal 2” telekanalında yayımlanmış proqramda azərbaycanlıların təhqir edilməsinə etirazlarını bildiriblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam