Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Həkim terroru- "körpə öldü"

 

 

     
                Bakıda daha bir körpə ölümü baş verib.
37 yaşlı Təranə Əmirova bətnindəki 7 aylıq körpəsinin ölümündə həkimləri günahlandırır
   "xeberinfo.com": Məlumata görə, dünən Salyan rayonundan Respublika Perinatal Mərkəzinə gətirilən 1977-ci il təvəllüdlü Təranə Əmirova Əmirağa qızının bətnindəki körpə bu gün səhər saatlarında tələf olub. 
Xəstənin yaxınları  açıqlamalarında uşağın ölümünə həkim laqeyidliyinin səbəb olduğunu deyiblər. 37 yaşlı Təranənin qaynı Ramin Dəmirli açıqlamasında, xəstəxananın həkimlərinin xəstəyə laqeyd yanaşdıqlarını dedi: "Gəlinin vəziyyəti yaxşı olmadığından Salyan Şəhər Xəstəxanasından göndərişlə Bakıya - Perinatal Mərkəzə gətirdik. Əvvəlcə qəbul şöbəsində Lalə həkim xəstəni qəbul etmək istəmədi. Dedi ki, əvvəla bizdən soruşmadan sizi nahaq bura göndəriblər. İkincisi də xəstənizin vəziyyəti elə də pis deyil, evə apara bilərsiz. Biz təkidlə xəstəxanaya yerləşdirilməsini tələb etdikdən sonra Təranəni palataya yerləşdirdilər. Təranəni qəbul şöbəsində adi müayinə etdilər və ciddi bir probleminin olmadığını bildirdilər. Hətta bir daha bizə məsləhət gördülər ki, rayona geri qaytarsanız daha yaxşıdır. Biz onlara qulaq asmadıq və Təranəni xəstəxanada qoyub rayona getdik. Bu səhər tezdən o bizə zəng vurub xəbər verdi ki, qarnındakı körpənin ürək döyüntüləri dayanıb. Həkimlər də ona körpənin artıq öldüyünü deyiblər".
     Xəstəxana ilə əlaqə saxladıqda isə məlum oldu ki. T. Əmirovanın vəziyyəti ağır olduğundan patoloji şöbəyə köçürülüb. Körpəsini itirən Təranə Əmirova bildirib ki, şöbənin həkimi Aynur Kasiyeva ona sistem köçürüb. Gecə və bu gün səhər saatlarında isə ana uşağın bətnində hərəkət etmədiyini bildirib və həkimlərə müraciət edib. Yoxlanış keçirildikdən sonra uşağın ürək döyüntülərinin olmadığı bildirilib. Təranə Əmirova özü də həkimlərin ona laqeyid yanaşdığını deyib və 7 aylıq körpəsinin ölümündə həkimləri günahlandırıb.

 

     Perinatal Mərkəzin Patoloji şöbəsinin həkimi Aynur Kasiyeva körpənin ana bətnində tələf olmasını genetik problemlərlə əlaqələndirdi və heç bir günahlarının olmadığını qeyd edib: "Xəstə artıq doğuş şöbəsinə köçürülüb. Tələf olmuş körpə ananın bətnindən süni doğuşla və ya qeysəyirə əməliyyatı ilə götürüləcək".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam