Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Məhkəmə sədrinə və hakimə töhmət verildi

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Xeberinfo.com:   Şuradan virtualaz.org-a verilən məlumata görə, iclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar qeyd olunub, məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər müzakirə edilib.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda, həmçinin hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilib.

Qeyd olunub ki, hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə, ən müasir beynəlxalq tələblər səviyyəsində seçimi nəticəsində son illər 2600 namizəd sırasından 300-dən çox yüksək hazırlıqlı hüquqşünas seçilərək müvafiq hakim vəzifələrinə təyin ediliblər. Hakimlərin hazırki seçimi prosesi ilə bağlı namizədliyini irəli sürmüş 800 hüquqşünasla ötən ay bərabər şəraitdə, vahid zalda test imtahanı keçirilib, onun bütün mərhələləri, o cümlədən sualların seçilməsi və imtahan nəticələrinin yoxlanılması namizədlərin qarşısında təşkil olunub və bütün imtahan prosesi “onlayn” rejimində internet vasitəsilə birbaşa yayımlanıb. İmtahan çoxsaylı yerli və beynəlxalq müşahidəçilər tərəfindən izlənilərək yüksək dəyərləndirilib.

İclasda hakimliyə namizədlərin seçimi prosesinin növbəti mərhələlərinin təşkilati məsələlərinə toxunulub, imtahanların tam şəffaf və obyektiv keçirilməsinin, ən layiqli hüquqşünasların seçilərək hakim vəzifələrinə təyin edilməsinin vacibliyi vurğulanıb.

Eyni zamanda hakimlər barədə intizam icraatlarına baxılaraq fəaliyyətlərində ciddi qanun pozuntuları və süründürməçilik hallarına yol verdiklərinə görə Şəki Apellyasiya Məhkəməsinin hakimi İmamverdi Şükürova, Beyləqan Rayon Məhkəməsinin sədri Maşalla Şirvanova və həmin məhkəmənin hakimi Nəsrullah Əliyevə töhmət verilib, qanunvericiliyin pozulması halları ilə bağlı 5 hakim barədə intizam icraatları başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam