Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Azərbaycanda məhkəmə sədri və iki hakim işdən çıxarıldı

 

     "xeberinfo.com": Vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiya şərait yaratdıqlarına, süründürməçilik və digər qanun pozuntularına yol verdiklərinə görə Goranboy rayon məhkəməsinin sədri Vidadi Nəsirov, Gəncə inzibati-iqtisadi məhkəməsinin hakimləri Cavad İbrahimov və Rafiq Məmmədov tutduqları vəzifədən azad olunublar. Məhkəmə-Hüquq Şurasından əldə etdiyimiz məlumata görə, müvafiq qərarlar Şuranın növbəti iclasında qəbul olunub. Həmçinin Gəncə hərbi məhkəməsinin hakimi Vaqif Qədirovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, Şəki rayon məhkəməsinin hakimi Kamran Süleymanova irad tutulub.

İclasda dövlət başçısının vətəndaşlara qayğılı münasibət göstərilməsi, etik davranış qaydalarına dönmədən riayət olunması, korrupsiyaya qarşı qəti mübarizə tədbirlərinin görülməsi ilə bağlı tapşırıqları vurğulanıb, hakimlər barədə intizam icraatlarına baxılıb.

Bundan əlavə, iclasda qeyd olunub ki, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarının daha da genişləndirilməsi, hakimlərin müstəqilliyinin təmin olunmasının gücləndirilməsi, o cümlədən onların fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması mexanizmlərinin müəyyən edilməsi məqsədilə Şura tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla əhatəli təhlillər aparılıb, müvafiq qanun layihəsi hazırlanıb. İclasda layihənin mütərəqqi xarakteri vurğulanaraq, nəzərdə tutulan tədbirlərin məhkəmə fəaliyyətinin müasirləşdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılmasına xidmət etdiyi bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam