Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Banka borcu olan daha bir nəfər həbs edildi

hebsAzərbaycanda banka kredit borcunu ödəyə bilməyən daha bir vətəndaş həbs olunub.

Xeberinfo.com:    Bu barədə vəkil Əkrəm Həsənov məlumat verib. O, Göyçay Rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyevin 3 iyun tarixli qərarını haqsız hesab edir: “4 uşaq atası, ağır xəstə, 33 yaşlı Vəliyev Sədrəddin Şahsuvar oğlu banka borcunu ödəmədiyinə görə 20 günlük həbs olunub. “Unibank”a 983,36 manat, “Bank of Baku”ya isə 4316 dollar məbləğində krediti ödəyə bilməyib. Onun himayəsində 4 azyaşlı uşağı və işsiz həyat yoldaşı var. Ailənin yeganə qazanc mənbəyi meyvə-tərəvəz təsərrüfatıdır. Bundan əlavə vətəndaş 12 ildir ki, ağır xəstədir (düz bağırsağın II dərəcəli residiv sallanması), 4 dəfə əməliyyat keçirib, daim həkim nəzarətindədir, fiziki işlə məşğul ola bilmir”.

Ə.Həsənov qeyd edib ki, hakim İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini rəhbər tutub:“Guya vətəndaş üzrsüz səbəbdən borcun ödənilməsi haqda məhkəmə qərarını icra etmir. Təbii, bu qanunsuzluqdur”.

Vəkil həbsdən apelyasiya şikayətinin verildiyini bildirib.

(aznews.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam