Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bank borcunu ödəyə bilməyən müştəriləri polisə verdi

Bank borcunu ödəyə bilməyən müştəriləri polisə verdi

 

Bank kredit borcunu ödəyə bilməyən müştəriləri polisə verdi 

Xeberinfo.com:   “NBCBank” kredit ödənişini gecikdirən müştərilərlə bağlı Daxili İşlər Nazirliyinə şikayət edib. 
Bank borcunu ödəyə bilməyən müştəriləri polisə verdi
Bu barədə “Antikollektor”un rəhbəri, hüquqşünas Əkrəm Həsənov qaynarinfo.az saytına məlumat verib. Hüquqşünas bildirib ki, yaxın mənbələrə görə, artıq kredit borclarını ödəyə bilməyən müştərilər polis idarələrinə çağırılır. 

Əkrəm Həsənov onu da qeyd etdi ki, kredit borclarına görə bank polis idarəsinə deyil, məhkəməyə müraciət etməlidir: “İlkin olaraq, adı çəkilən bank məhkəməyə müraciət etməlidir. Məhkəmənin qərarı nə olursa-olsun, heç bir halda kredit borcu olan şəxslər barədə polisə şikayət etmək hüquqi baxımdan doğru deyil.”

Məsələ ilə bağlı “NBCBank”la əlaqə saxladıq. Bankın nümayəndəsi Leyla Dərgahova bildirdi ki, bu yalnış xəbərdir: “Kredit borcu olan şəxslərlə bağlı lazımı tədbirlər görülür.”

Onu da qeyd edək ki, “NBCBank”ın problemli kreditlərlə bağlı polisə mürəciət etməsi xəbəri son iki gün ərzində müxtəlif mənbələrdən saytımıza daxil olub. Məsələni diqqətdə saxlayacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam