Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlı milyonçu güllələndi

 

İş adamı evinin qarşısında güllələnib 

 Krasnoyarskda daha bir azərbaycanlı iş adamı - “Mustanq” Səhmdar Cəmiyyətinin rəhbəri, “Yujnıy” bazarının və “Yemelyanovo cıdırı”nın sahibi, 60 yaşlı milyonçu Ənvər İbrahimov qətlə yetirilib.
"xeberinfo.com"  rus KİV-lərinə istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Krasnoyarsk vilayəti üzrə rəisinin köməkçisi Olqa Deqid məlumat verib.
Onun sözlərinə görə, qətl hadisəsi səhər saat 7-də Ə.İbrahimovun şəhərin “Şimal mikrorayonu” adlanan ərazisindəki Vodopyanıy küçəsində yerləşən evinin qarşısında baş verib. Ona “TT” tipli tapançadan atəş açıblar: “İstintaq orqanı müxtəlif versiyaları nəzərdən keçirir. Onlardan birinə görə, bugünkü qətl bazar günü qeydə alınan başqa bir ölüm hadisəsi ilə əlaqəli ola bilər”.
Xatırladaq ki, bazar günü, aprelin 13-də Krasnoyarskda odlu silahla digər azərbaycanlı, Tovuz rayon sakini, 35 yaşlı Qaryağdı Nağıyev öldürülmüşdü. Yeri gəlmişkən, onun meyiti torpağa tapşırılmaq üçün bu gün Azərbaycana gətirilməli idi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam