Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Qonaq ev yiyəsini, qardaş isə qardaşı qətlə yetirdi

 

Qusarda qətl hadisəsi baş verib.

"Xeberinfo.com":   Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, oktyabrın 4-də Qusar şəhərində yaşayan Şahin Niftəliyevin evinə gəlmiş tanışı, rayon sakini Rəşad Abdulrəhimov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib, kirayədə yaşayan həmyerlisi Zibeydə Hacıbəyovanı itələyərək yıxıb və hadisə yerini tərk edib.

Ş.Niftəliyev hadisə yerində ölüb, Z.Hacıbəyova isə xəstəxanaya yerləşdirilib.

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Abdulrəhimov tutulub.

Masallıda da qətl hadisəsi baş verib. Hadisə ötən gün saat 23 radələrində rayonun Köhnə Alvadı kəndində qeydə alınıb.

Kənd sakini, 1980-ci il təvəllüdlü Rafael Güloğlan oğlu Qasımov şəxsi münasibətlər zəminində kiçik qardaşı, 1984-cü il təvəllüdlü Ramil Güloğlan oğlu Qasımova bıçaqla qarın boşluğundan vurub.

R.Qasımov xəstəxanaya aparılarkən qan itirmə nəticəsində yolda dünyasını dəyişib.

Meyit daxili və xarici müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə aparılıb.

Hadisəni törətmiş Rafael Qasımov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Hər iki faktla bağlı rayon prokurorluqlarında cinayət işi açılıb, araşdırma aparılır (APA).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam