Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MTN generalının villasını təmir edən ustalar adam oğurluğuna görə həbs olunub

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləmiş iki qardaş həbs edilib.Bu barədə  vəkil Adəm Məmmədov bildirib.

Xeberinfo.com:  A.Məmmədovun Facebook səhifəsində yazdığına görə Aslanov Ramil Valeh oğlu və Aslanov Vasif Valeh oğlunun həbsi ilə əlaqədar üç aya yaxındır ki, onların hüquqlarını müdafiə etdiyini bildirib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək, barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sonradan həbs müddəti iki ay uzadılıb.

Generalın villasında usta işləmiş bu şəxslərə qarşı irəli sürülən ittihamın təfərrüatları açıqlanır. Lakin irəli sürülən maddəyə əsasən belə demək mümkündür ki, bu şəxslər adam oğurluğuna təqsirləndirilirlər. Başqa sözlə, istisna deyil ki, bu şəxslər general Teymur Quliyevin villasında işləyərkən həmin əməli törədiblər. Ancaq bu işdə generalın özünün rolu haqda məlumat yoxdur. Yaxın saatlarda bu işlə bağlı əlavə məlumatlar əldə etməyə çalışacağıq.

Bununla belə vəkildən onu dəqiqləşdirmək mümkün olub ki, həbs edilən şəxslər Qazaxıstan prezidentinin, Dağıstanın ədliyyə nazirinin, Azərbaycanda bir sıra yüksək vəzifəli şəxslərin villalarında da təmir işləri həyata keçiriblər. Vəkil onların həbsinin “qanunsuz olduğunu” irəli sürür.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam