Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

MTN generalının villasında fəhlə işləmiş qardaşların məhkəməsi başlayıb

Nərimanov Rayon Məhkəməsində MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən və həbs edilən iki qardaş – Ramil Aslanov və Vasif Aslanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Xeberinfo.com:  Virtualaz.org saytının əldə etdiyi xəbərə görə Aslanov qardaşlarının cinayət işi hakim Samir Məmmədovun icraatına verilib.

Məhkəmə baxışı aprelin 13-nə təyin edilib.

Qeyd edək ki, Ramil və Vasif Aslanov qardaşları barəsində Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək, barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İsintaqın gəldiyi nəticəyə görə, həbs olunan qardaşlardan biri Ramil Aslanov iş icraçısı kimi generalın Bakı şəhəri, Nərimanov rayonu, E.Qocayev, 34 ünvanında yerləşən yaşayış evinin tikintisində təmir bərpa işlərinə rəhbərlik edib. İşdə zərərçəkən kimi tanınan Elmir Həsənov isə evin təmirində usta kimi işləyib. Tərəflər villarının üzlük işlərinin ay yarıma tamamlanması üçün 2015-ci ilin mayında razılaşıblar.

İş prosesində “podratçı” ilə icraçılar arasında pul üstündə mübahisə yaranıb. Aslanov qardaşları ilə zərərçəkən arasında dava isə general Quliyevin işdən çıxarılması, MTN-dəki mütəşəkkil qruplaşmanın zərərsizləşdirilməsi əməliyyatı ərəfəsinə təsadüf edib.

Belə ki, 7 oktyabr 2015-ci ildə evin üzlük vurulması işlərini görmüş Elmir Həsənov ona ödənilməli olan 28 min manat pulu Ramil və Vasif Aslanov qardaşlarından tələb edib. R.Aslanov isə danışdıqları puldan artıq xərclərinin çıxdığını bəhanə edərək pulu verməkdən imtina edib. Bununla bağlı E.Həsənov və Aslanov qardaşları aralarında mübahisə yaranıb. Mübahisə zamanı Vasif Aslanov onu təpiklə vurub. Aslanov qardaşları həyətdəki işçiləri qovaraq çölə çıxarıblar və dəmir qapını içəridən bağlayıblar, E.Həsənovu 30 dəqiqə ərzində villanın həyətində saxlayaraq qanunsuz azadlıqdan məhrum ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam