Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kriminal aləmə zərbə: 2 “qanuni oğru”nun 50-dən çox tərəfdarı həbs edildi!

quli-rovsan-1

Aprelin 25-də axşam saatlarından başlayaraq, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) paytaxt polisinin ərazi bölmələriylə birgə Bakının əksər rayonlarında cinayət aləminə qarşı irimiqyaslı əməliyyat tədbirləri həyata keçirərək, 50-dən çox şəxsi həbs edib, xeyli miqdarda odlu silah və partladıcı maddə ələ keçiriblər.

Xeberinfo.com:   Strateq.az-ın hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən əldə etdiyi məlumata görə, əməliyyat zamanı həbs edilənlərin hamısı cinayət aləmində iki nüfuzlu azərbaycanlı “qanuni oğru” – Rövşən Lənkəranski ilə “Lotu Quli” ləqəbli Nadir Səlifovun tərəfdarları, yaxın adamlarıdır.

Məlumata görə, DİN-in müvafiq strukturlarının paytaxtda belə qəfil irimiqyaslı əməliyyat keçirməsinə səbəb bir neçə gün əvvəl – aprelin 21-də Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən “Bulaq” restoranında baş vermiş atışmadan sonra iki cinayətkar qruplaşma – “Lotu Quli” ilə Rövşən Lənkəranski tərəfdarları arasında gərginləşən münasibətlər olub.

Bildirilir ki, polis “Bulaq” restoranındakı atışmanın səbəblərini araşdırarkən, bunun Nadir Səlifovla Rövşən Lənkəranskinin tərəfdarları arasında növbəti “kriminal razborka” olduğunu müəyyənləşdirib, daha sonra isə əməliyyat-istintaq yolu ilə hər iki qruplaşmanın paytaxtdakı əlaqələrini, əhatə çevrəsini, toplanış məntəqələrini, eləcə də yaxın gələcək üçün planlarını öyrənə bilib…

Elə bu məlumatlar əsasında da, aprelin 25-dən axşam saatlarından başlayaraq, paytaxtın bir neçə rayonunun ərazisində əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda qəfil əməliyyat tədbirləri həyata keçirilərək, 50-dən yuxarı şəxs həbs edilib.

Hazırda əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi, həbs olunanların çevrəsinin genişlənəcəyi və hər iki qruplaşmayla cinayət əlaqəsi olan daha bir neçə şəxsin də saxlanılacağı gözlənilir. Bildirildiyinə görə, saxlanılan şəxslərin bəziləri uzun müddətdir ki, Bakıda “cinayət aləminin təmsilçisi” kimi müxtəlif iş adamlarından, obyektlərdən xərac toplayırmışlar…

Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam