Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İtkin düşmüş sonuncu hərbi qulluqçumuzun meyiti tapıldı

esger-tecili-yardimdaBu gün Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT nümayəndələrinin vasitəçiliyi ilə döyüş meydanında itkin düşmüş hərbi qulluqçumuzun axtarılması prosesi yenidən bərpa edilib.
Xeberinfo.com:  Müdafiə Nazirliyi mətbuat xidmətindən bildiriblər ki, əvvəllər dəfələrlə axtarışlar aparılmış ərazidə bu gün hərbi qulluqçumuzun meyiti aşkar edilərək götürülüb: “Bu, o qənaətə gəlməyə əsas verir ki, erməni tərəfi həmin meyiti əvvəlcədən taparaq götürüb, bəlli olmayan səbəblərdən özündə saxlayıb və bu barədə nə vasitəçilərə, nə də Azərbaycan tərəfinə rəsmi heç bir məlumat verməyib.
Axtarışların aprelin 19-da bərpa ediləcəyi barədə rəsmi məlumat yayıldıqdan dərhal sonra erməni tərəfi meyiti əvvəllər axtarışlar aparılan əraziyə atıb.
Hazırda hərbi qulluqçumuzun ölümünün baş verməsi şəraiti, səbəbi, vaxtı, meyitin üzərində hər hansı işgəncə, təhqir əlamətlərinin olub-olmamasını təyin etmək məqsədilə tibbi-məhkəmə ekspertizası, müvafiq tanınma və digər zəruri prosedurlar həyata keçirilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam