Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gömrükdə əməliyyat: yarım ton heroin ələ keçirildi

622

Azərbaycan gömrükçüləri yarım tondan artıq heroini aşkar edib.

Xeberinfo.com:  ANSPress-in məlumatına görə, kişmiş yüklü maşın Astara gömrükçüləri tərəfindən əməliyyat məlumatına əsasən saxlanılıb. Maşına rentgen baxışı keçirilən zaman məlum olub ki, yük heç də kişmişdən ibarət deyil. Maşından təqribən yarım tondan artıq heroin aşkarlanıb.
Gömrük sənədləşməsində Volvo markalı yük maşınında 20 ton 200 kq kişmiş yükü olduğu yazılsa da, baxış zamanı məlum olub ki, 1997 kişmiş qutusunun 100-ünə narkotik vasitə olan heroin qablaşdırılıb.

Sürücü 39 yaşlı Belarus vətəndaşı Aleksandr Antonoviç Kuzmin yükün İran İslam Respublikasından yükləndiyini və Belçikaya çatdırılmalı olduğunu deyib. A. Kuzmin kiçmiş yükünün içində narkotik vasitə olan heroinin gizlədilməsindən tamamilə xəbərsiz olduğunu bildirsə də, Dövlət Gömrük Komitəsinin istintaq idarəsində başlanan araşdırmalar zamanı məsələyə aydınlıq gətiriləcək.
Azərbaycan gömrükçülərinin son ayda ikinci böyük miqyaslı uğurlu əməliyyatıdır. Ötən ay Xaçmaz gömrük idarəsində kişmiş yüklü maşına baxış keçirən zaman da 486 kq narkotik vasitə olan heroin aşkar edilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam