Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Bakıda hakim küçədə adam döydü

 

     Bir neçə gün əvvəl Rəsulzadə-Novxanı şossesində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevlə «Azpetrol» Şirkətlər Qrupunun sürücüsü İlqar Paşayev arasında yaranan mübahisə sonradan dava-dalaşa çevrilib. Nəticədə hadisə yerinə bir qrup polis əməkdaşları gəlib, sürücü həbs edilib.

"xeberinfo.com": Hüquq mühafizə orqanlarındakı etibarlı mənbədən Bizimyol.info-ya daxil olan məlumata görə, hadisəyə səbəb R.Əliyevin işıqforu qırmızı işıqda keçərək qəza şəraiti yaratması olub: "Qaydanı pozmasına baxmayaraq hakim avtomobildən düşərək sürücünü söyməyə başlayıb və sonra onu vurub. İlqar Paşayev da onun hərəkətlərinə cavab verib. Hakim hadisə yerindən Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində rəis müavini işləyən oğlu Bəhruz Əliyevə zəng edib. Bir neçə polis əməkdaşı ilə hadisə yerinə gələn B.Əliyev İ.Paşayevi döyərək İdarəyə gətiriblər. Burada onu barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi (Xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə olunmaqla törədildikdə) ilə cinayət işi açılıb. Sürücünün günahı təsdiqlənərsə onu 3 ildən 7 ilədək həbs cəzası gözləyir".

Mənbə bildirib ki, baş verən olay yaxınlıqdakı nəzarət kamerası tərəfindən qeydə alınıb. Qeydlərə baxış keçirilərkən davaya hakim Rauf Əliyevin təşəbbüs etdiyi əksini tapıb. Qaynaq daha sonra bildirib ki, hazırda iş Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Elşən Zamanov tərəfindən araşdırılır. "Müstəntiq işə qərəzlə yanaşır, yuxarıda bəhs olunan videogörüntüləri gizlədir, sürücü İlqar Paşayevin əlində heç bir əşya olmadığı halda CM-ninin 221.3-cü maddəsi ilə cinayət işinə başlayıb. Rauf Əliyev öz hakim səlahiyyətindən istifadə etməklə sürücünü tutdurmaq istəyir. Müstəntiq Elşən Zamanov da işi bu istiqamətdə aparır»deyə mənbə vurğulayıb.

***

Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevin "Azpetrol" Şirkətlər Qrupunun sürücüsü İlqar Paşayevi döyməsi barədə yayılan xəbərlərə Binəqədi rayon 7-ci Polis bölməsində işi araşdıran müstəntiq Elşən Zamanov münasibət bildirib. 

Müstəntiq  açıqlamasında hakim Rauf Əliyevin xəsarət aldığını deyib.

E. Zamanovun sözlərinə görə, qanunda təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün yalan danışmaq hüququ var: “İlqar Paşayev də özünümüdafiə xarakterli çıxş edir. Hakim Rauf Əliyev xəsarət alıb. İstintaqı apararkən şahid dinləmələri keçirilib. Sürücü hakimə dəmir açarla xəsarət yetirib.  Hadisənin videogörüntüləri ilə bağlı da sorğu göndərilib. Sorğuya cavab aldıqdan sonra faktlar açılmış cinayət işinə tikiləcək. Sürücü barədə 2 ay həbs qətimkan tədbiri seçilib. Hazırda o Bakı İstintaq Təcridxanasında saxlanılır”. 

Binəqədi rayon 7-ci bölmənin polis rəisi Ceyhun Hüseynov müavini, Hakim Rauf Əliyevin oğlu Bəhruz Əliyevin hadisədə adının hallanması ilə bağlı iddialara cavab verib. Polis rəisi açıqlamasında bildirib ki, mətbuatda yayılanlar əsassızdır: 

“Sizə düzgün məlumat verməyiblər. Hadisə müstəntiq tərəfindən araşdırılıb. Təqsirləndirilən şəxs barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam