Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məhkəmədə dava:2 polis xəsarət aldı

 

Daşkəsən rayonunda məhkəmədə dava düşüb.

Xeberinfo.com:   “Report”un Qərb bürosu xəbər verir ki, hadisə hakim Tofiq Məmmədovun sədrliyi ilə Daşkəsən Rayon Məhkəməsində keçirilən hazırlıq iclası zamanı qeydə alınıb.

Belə ki, Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) maddəsi ilə mühakimə olunan Daşkəsən rayonu, Qazaxyolçular kənd sakini Bəhman Nuru oğlu Abbasov hakimin həbs qərarı ilə razılaşmayaraq məhkəmə işçilərinə təzyiq göstərib. Nəticədə onun məhkəmə salonundan çıxarılması üçün əlavə polis qüvvələri çağırılıb.

Ancaq B.Abbasov bu dəfə də Daşkəsən Rayon Polis Şöbəsinə getməmək üçün polislərlə əlbəyaxa olub. Ancaq polis əmakdaşları onu məhkəmə salonundan çıxarmağa və şöbəyə aparmağa nail olublar. Nəticədə 2 polis əməkdaşının xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam