Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Jurnalist 4 il 6 ay şərti azadlıqdan məhrum edildi

sirin-ceferli«Gündəm xəbər» qəzetinin təsisçisi Şirin Cəfərli 2014-cü ildə məhkəmə hökmü ilə üzərinə qoyulmuş 71 min manatlıq vergi cəriməsini ödəmədiyinə görə 4 il 6 ay şərti azadlıqdan məhrum edilib.

Xeberinfo.com:   Məlumata görə, Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərov bu barədə hökm çıxarıb.

Hökmdən öncə Şirin Cəfərli məhkəmədə son sözünü deyib. O bildirib ki, üzərinə qoyulmuş 71 mindən artıq ödənişlə bağlı qərar qanunsuz və əsassızdır. Jurnalistin sözlərinə görə, rəhbərlik etdiyi qəzetin 8 min tirajla çıxıb, hamısının da satılması fərziyyəsi ilə belə bir qərar verilib. Qəzetin kağız və çap xərcləri də nəzərə alınmayıb.

«Amma bir halda ki, ortada qüvvəyə minmiş qərar var, ona görə gücüm çatdığı qədər ödəməyə çalışmışam və bundan sonra da imkan daxilində ödəyəcəm», – deyə Şirin Cəfərli bildirib.

Hakim hökmü elan edərkən bildirib ki, jurnalistin himayəsində üç qız övladının olması, peşmançılığı, müsbət xarakterizə edilməsi nəzərə alınaraq, ona münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilir. Şirin Cəfərliyə təyin olunan 4 il 6 aylıq azadlıqdan məhrumetmə cəzası şərti hesab olunur.

Şirin Cəfərli Cinayət Məcəlləsinin 306.2-ci (vəzifəli şəxs tərəfindən məhkəmə hökmü və ya qərarını icra etməmə) maddəsi ilə təqsirli bilinir. O, 2013-cü ilin mayında Kəpəz Rayon Məhkəməsinin hökmü ilə 213.2.2 (külli miqdarda gəlir əldə etməklə vergi ödəməkdən yayınma) ittihamı ilə 3 il şərti azadlıqdan məhrum edilib. Həmin vaxt məhkəmə həmçinin Vergilər Nazirliyinin ona qarşı mülki iddiasını təmin edərək, 71 min 478 manat ödəməsi barədə qərar çıxarıb. O hökmdən verilən apellyasiya şikayətinə baxılana qədər Şirin Cəfərli 540 manat ödəyib. Şirin Cəfərli qalan məbləği ödəmədiyinə görə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb.

Şirin Cəfərli Azadlıq Radiosuna bildirib ki, maddi durumu ağır olduğuna görə ona tətbiq olunan vergi cəriməsini ödəyə bilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam