Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DƏHŞƏT: Ata 6 yaşlı oğlunun başını kəsdi - YENİLƏNİB

6yasli-oldurulen-usaq-beyleqan“Mənimlə qəsdi-qərəzliyi var idi. Ona görə də mənim balamı öldürdü”.

Xeberinfo.com:   Məlumata görə, bu sözləri Beyləqanda öz atası tərəfindən boğazı kəsilərək qətlə yetirilən Ümid İsgəndərovun anası Mahirə Abışova deyib.

Onun sözlərinə görə, keçmiş həyat yoldaşı hadisədən bir gün öncə onlara zəng edərək təhqir edib. Lakin uşağını danışmağa qoymayıb. “Telefonu əlindən aldı. Ağzını açanda söyüş söyür deyə mən telefonu bağladım”.

Qadın aildə yaranmış münaqişyə görə, 2 aydan çoxdur ki, iki oğlunu da götürərək atasının Beyləqan rayonunda məskunlaşdığı evə gedib.  Daha sonra həyat yoldaşı Zahid İsgəndərov övladlarını zorla ondan alıb. Kiçik oğlu balaca olduğundan anasına qaytarsa da, Ümid İsgəndərov atası ilə qalıb.

Mahirə Abışova Zahid İsgəndərovla 8 il əvvəl ailə qurub.

M. Abışova APA-ya açıqlamasında isə deyib ki, evləndiyi ilk gündən əri tərəfindən döyülüb, fiziki zorakılığa məruz qalıb: “İki ay əvvəl atamın evinə gəldik. Burda onunla yenə dalaşdıq. O, içki içirdi, tüfeyli həyat sürürdü. Bu səbəbdən onunla qayıtmadım. Sonra gəldi, uşaqların ikisini də oğurladı. 3 yaşlı kiçik oğlumu saxlaya bilmədiyi üçün geri qaytardı. Amma Ümidi vermədi”.

M. Abışovanın dediyinə görə, Z. İsgəndərov oğlunu meşəyə apararaq, orada başını kəsib. Daha sonra törətdiyi cinayəti həmkəndlilərinə xəbər verərək qaçıb. Qadına bu barədə xəbəri polislər verib. Gecə Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları ailənin təhlükəsizliyini təmin etmək məqsədilə evlərinin ətrafında keşik çəkiblər.

***

Beyləqanda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub. Rayonunun Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərovun 6 yaşlı oğlunun boğazını kəsməsinin səbəbi oğlunu anasına vermək istəməməsi olub.
Dünən- fevralın 15-də 6 yaşlı oğlu Ümidin boğazını kəsən ata daha sonra qardaşına zəng edərək bu barədə məlumat verib. Özü isə hadisə yerindən qaçıb. Z.İsgəndərov fevralın 16-da polis əməkdaşları tərəfindən tutulub.
Qatilin qardaşı Vahid İsgəndərov musavat.com-a açıqlamasında hadisənin baş vermə səbəblərini açıqlayıb. Onun sözlərinə görə, buna səbəb qardaşı ilə qayınatası və yoldaşı arasında son günlər baş verən mübahisə olub. Z.İsgəndərov oğlunu anasına vermək istəmirmiş. Hətta buna görə bir neçə dəfə qayınatası ilə aralarında ciddi mübahisələr olub və qayınatası ondan polisə şikayət edib.
Dəhşətli qətli törədən Z.İsgəndərov daha sonra qardaşına zəng edib və oğlunu öldürdüyünü söyləyib: “Çox vaxt axşamlar uşağı kəndə mağazaya aparırdı. Elə həmin gün də bu adla uşağı evdən götürüb. Qardaşım içki içən idi. Amma uşağa indiyə qədər bir sillə belə vurduğunu görməmişəm. İçəndən sonra başqaları ilə dalaşardı, onları söyərdi. Amma uşağına heç nə etməzdi. Axşam zəng elədi dedi ki, uşağın başını kəsmişəm. Dəhşətə gəldim, inanmadım. Dedi ki, filan yerdədir, gedin götürün”.
Vahid İsgəndərov qardaşının belə bir əməl törətməsinin səbəbi kimi yoldaşı və qayınatası arasında olan mübahisəli vəziyyəti göstərdi: “Hadisəyə səbəb onların münqaqişəli ailə olması oldu. Yoldaşı bundan ayrılmaq istəyirdi. Uşağın biri kənddə, bizimlə qalırdı. Biri də anası ilə qalırdı. Onlar da məhkəməyə verib, uşağı qardaşımdan almaq istəyirdilər. Bunların rəsmi nikahları belə yoxdur. Yoldaşı atası ilə birləşib uşağı almaq istəyirdi. Bu da vermirdi. Axırı da belə dəhşətlə sona çatdı”.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

***

Beyləqan rayonunda 6 yaşlı övladının boğazını kəsərək onu qətlə yetirməkdə şübhəli bilinən şəxs yaxalanıb. Zahid İsgəndərov Ağcabədi rayonu ərazisində tutulub. O, Beyləqan rayonuna gətirilib və törətdiyi əməli etiraf edib.

***

Beyləqanda dəhşətli qətl hadisəsi baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.

Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam