Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İş adamı dələduzluğa görə tutuldu - FOTO

İş adamı dələduzluğa görə tutuldu (FOTO)

 

 

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən iş adamını saxlayıb. 
Xeberinfo.com:   Musavat.com-un məlumatına görə, 50 yaşlı Əkbər Qərib oğlu Həsənovun saxlanılmasına rayon ərazisində yaşayan vətəndaşlardan birinin şikayət ərizəsi səbəb olub. Şikayətçi yeni inşa edilən binalardan birində Əkbər Həsənovdan mənzil alıb. Əldə edilmiş razılığa əsasən, mənzilin pulu hissə-hissə ödənilib. Pul tam ödənilsə də, Əkbər Həsənov satdığı mənzilin ödəniş qəbzini vətəndaşa verməyib. 
Saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilən Əkbər Həsənov bildirib ki, tikinti şirkətləri ilə müqavilə bağlayaraq, onlara müxtəlif xidmətlər göstərir. Göstərilən xidmətlərin müqabilində isə tikinti şirkətləri ona pul yox, mənzil verirlər: “İşlərim dayandı. Tikinti şirkətləri qarşısında öhdəliyimi yerinə yetirə bilmədiyimə görə pulumu ala və mənzilə görə ödənilən pulun qəbzini verə bilmədim”
Sahibkarın sözlərinə görə, şikayətçi ona vaxt versə, o, müqavilə əsasında gördüyü işi tikinti şirkətinə təhvil verərək, mənzili sənədlşdirəcək. 
Faktla bağlı Cinayət Məcəlləsinin “Dələduzluq” maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam