Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazir polkovniki döyən polisləri işdən qovdu

1392639889_ramil-usu

 

Daxili İşlər naziri Ramil Usubov fevralın 24-də Suraxanı rayonu ərazisində Müdafiə Nazirliyinin (MN) polkovniki Mehman Yusifova güc tətbiq etdiyi iddia edilən polis əməkdaşlarını işdən çıxarıb.
Xeberinfo.com:   Axar.az-a daxil olan məlumata görə, hadisə ilə əlaqədar polkovnik Mehman Yusifovun Suraxanı rayon 33-cü polis bölməsinə martın 3-də etdiyi şikayətini DİN nəzarətə götürüb. Hadisə araşdırıldıqdan sonra isə nazir Ramil Usubov hər iki yol polisinin işdən çıxarılması barədə qərar verib.
Suraxanı Rayon Prokurorluğundan fakt təsdiq edilib və işdən azad olunan polis əməkdaşları barədə istintaqın davam etdirildiyi bildirilib.
Xatırladaq ki, DYP müfəttişləri fevralın 24-də saat 23:00-da Yeni Günəşli qəsəbəsinin Beşinci yaşayış sahəsi yaxınlığında “Mersedes” 99 FX 239 dövlət nömrə nişanlı avtomobili idarə edən MN-in polkovniki Mehman Yusifovu saxlayıblar.
Polislər polkovnikə yol hərəkəti qaydalarını pozduğunu, polkovnik isə bunun əksini sübut etməyə çalışıb. Bu zəmində polis əməkdaşları ilə mülki geyimdə olan Yusifovun arasında münaqişə yaranıb. Münaqişə zamanı polislərin M.Yusifova xəsarət yetirdiyi bildirilir.
Baş verən hadisə ilə əlaqədar polkovnik martın 3-də 33-cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib.
Hazırda iş Suraxanı Rayon Prokurorluğunda araşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam