Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MTN-nin tutduğu şəxs azadlıqda

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılan və narkotik maddələrin istifadəsində təqsirləndirilən şəxs barəsində Nəsimi rayon məhkəməsinin hökmündən prokurorluğunun verdiyi protestə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

 

Xeberinfo.com:  Məlumata görə, vəkil Adəm Məmmədov bildirib ki, təqsirləndirilən Nəcəf Fuad Valeh oğlu keçmiş MTN-nin əməkdaşları İbrahimov Elnur, Ələkbərov Yunis və Səfərov Əfqan tərəfindən saxlanılıb: “Həmin əməkdaşlar hüququnu müdafiə etdiyim şəxsi döyərək yaşadığı mənzilə aparıb və bir müddət axtarış apardıqdan sonra 13 saylı MKİS-nə zəng edərək iki nəfər hal şahidinin göndərilməsini tələb ediblər.

Məhkəmə istintaqı zamanı keçmiş MTN-nin əməkdaşları tərəfindən çağrılmış hal şahidləri ifadələrində göstəriblər ki, mənzilə daxil olan zamanı əməlliyat müvvəkili E.İbahimov əlində büklünü göstərərək içərisində narkotik maddə olan kokain olduğunu və təqsirləndirilən şəxsin üzərindən çıxdığını deyib.

Həmçinin hal şahidləri təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi istintaq hərəkətində iştirak etmədiklərini və bu barədə tərtib edilmiş baxış protokolunu oxumadan imza etdiklərini göstəriblər.

Bundan başqa, keçmiş MTN-nin əməkdaşları tərəfindən hüquqlarını müdafiə etdiyim şəxsi öz mənzilənə döyərək gətirdikləri zaman sonuncunun evinin giriş hissəsində olan müşahidə kamerası olanları qeydə alıb. Həmin çəklişdən də görsənir ki, tutulan şəxsin üzərinə baxış istintaq hərəkəti hal şahidlərinin iştirakı olmadan keçrilib.

Eyni zamanda müşahidə kamerasının qeydə aldığı çəklişdən də görünür ki, Nəcəf Fuad Valeh oğlunun gözünün altı zərbədən qançır olub”.

Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində prokurorluğun verdiyi protest təmin edilməyərək, Nəsimi rayon Məhkəməsinin bəraət hökmü qüvvədə saxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam