Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Daha bir məmurun adı dələduzluq olayında

meleyke-abbaszade040610TQDK sədri Məleykə Abbaszadə də Hicran Hüseynova kimi çətin vəziyyətdə

Xeberinfo.com:  Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) sədri Məleykə Abbaszadənin başının üzərini qara buludlar alıb. TQDK-nın mətbuat xidmətinin keçmiş rəhbəri Elnur Nağızadənin adı hallanan 150 min dollarlıq qalmaqal Məleykə Abbaszadəni də çətin vəziyyətə salıb. Qeyd edək ki, bir müddət əvvəl yayılan məlumata görə, Bakı şəhər sakinləri Vüsal Ibrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.

Baş Prokurorluğun yaydığı məlumata görə, Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. Elnur Nağızadə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarışa verilib. Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir.

Amma maraqlıdır ki, Elnur Nağızadənin qohumları bu məsələdə Məlekə Abbaszadəni günahlandırır. Onun əmisi Tahir Nağıyev  TQDK sədrini ittiham edərək dediklərini yaxın günlərdə keçirəcəyi mətbuat konfransında əsaslandıracağını bildirib. Bu iş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın adı keçən 170 min dollarlıq qalmaqalı xatırladır. Yada salaq ki, sözügedən komitənin sabiq aparat rəhbəri Səfər Imanov Eynur Kərimov adlı vətəndaşdan işə düzəltmək adı ilə 170 min dollar alaraq qaytarmayıb. Lakin bu məsələdə Səfər Imanov əsas fiqur deyil. O, sadəcə vasitəçi olub. Həmin pul isə Hicran Hüseynovaya verilib. Bunu biz yox, Səfər Imanov özü iddia edir. Eynur Kərimovun vəkili Adəm Məmmədov hətta bu məsələ ilə bağlı Səfər Imanovun səs yazısını da ictimailəşdirib.

Artıq Elnur Nağızadənin adı hallanan qalmaqalda da əsas diqqət Məleykə Abbaszadəyə yönəlməyə başlayıb. Xüsusilə Elnur Nağızadənin əmisinin açıqlamaları TQDK sədrini çətin vəziyyətə salıb.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam