Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Həmin şikayətlərin TQDK-nın fəaliyyətinə heç bir aidiyyəti yoxdur"

403513758

 

“Mən Elnur Nağızadənin fəaliyyətinə münasibətimi hələ ötən ilin noyabrında bildirmişəm və onu işdən azad etmişəm”.

 

Xeberinfo.com:  Məlumata görə, bu sözləri bugün Şamaxı rayonunda vətəndaşlarını qəbul edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə açıqlamasında deyib.
M. Abbaszadə bildirib ki, Elnur Nağızadə əmək məzuniyyətindən qayıtdıqdan sonra işdən çıxarılıb: “Bu ilin yanvarında isə iki nəfər onunla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edib. Biz xidməti araşdırma aparmışdıq. Həmin şikayətlərin TQDK-nın fəaliyyətinə heç bir aidiyyəti yoxdur”.
M. Abbaszadə bildirib ki, E. Nağızadə ilə bağlı sənədlər Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına göndərilib: “Onunla bağlı bütün sənədləri Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya göndərmişik. Biz TQDK olaraq maraqlıyıq ki, onun qanuni və ya qeyri-qanuni fəaliyyəti ilə bağlı məsələlər araşdırılsın. Lakin Elnur Nağızadənin fəaliyyəti TQDK-nın işinə, komissiyanın daxilindəki proseslərə heç bir təsir göstərməyib. Bilirsiniz ki, o yalnız komissiyanın mətbuat katibi olub”.
elnurnagizadeQeyd edək ki, TQDK keçmiş işçisi ilə bağlı fevralın 3-də yaydığı məlumatda Elnur Nağızadənin ailə vəziyyətinə görə öz ərizəsi ilə işdən azad edildiyini açıqlamışdı: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadənin işdən çıxarılmasının səbəbi onun 150 min dollarlıq dələduzluqda ittiham edilməsi barədə səslənən iddialarla bağlı olmayıb.”
TQDK-dan bildiriblər ki, ötən il dekabrın ortalarında müqaviləsinə xitam verilən E.Nağızadənin işlədiyi dövr ərzində dələduzluq etməsi ilə bağlı hər hansı quruma şikayət də daxil olmayıb: “Elnur Nağızadə barəsində səslənən iddiaları hüquq-mühafizə orqanları araşdırmalıdır”.
Qeyd edək ki, bir neçə gün öncə yayılan məlumata görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
E. Nağızadə isə hazırda xaricdə olduğunu deyərək, bütün ittihamları rədd edib.
Qeyd edək ki, Elnur Nağızadə 2005-ci ildən TQDK-da çalışıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam