Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Elnur Nağızadəyə cinayət işi açıldı

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında cinayət işi başlanıb.

Xeberinfo.com:  Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl yayılan məlumata görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.

Məsələyə münasibət bildirən TQDK sədri Məleykə Abbaszadə bir müddət əvvəl APA-ya açıqlamasında qeyd edib ki, bu ilin yanvarında iki nəfər E. Nağızadə ilə bağlı TQDK-na müraciət edib: “Biz xidməti araşdırma aparmışdıq. Həmin şikayətlərin TQDK-nın fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Onunla bağlı bütün sənədləri Korrupsiyaya İdarəsinə göndərmişik. Biz TQDK olaraq maraqlıyıq ki, onun qanuni və ya qeyri-qanuni fəaliyyəti ilə bağlı məsələlər araşdırılsın”.

APA.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam