Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Unibank"dan krediti olanlara hədə-qorxu gəlinir - ŞİKAYƏT

 

"Unibank"ın işçiləri krediti ödəməyə imkanı çatmayan şəxslərə hədə-qorxu gəlir. 
 

Xeberinfo.com: Bu barədə Moderator.az-a krediti ödəyə bilməməsi səbəbindən "Unibank" əməkdaşlarının hədə-qorxusuna məruz qalan şəxslər məlumat veriblər. 

Məlumat verən şəxslər onu da bildiriblər ki, "Unibank" onlara görə bütün-qohum əqrəbanı narahat edir: "Bizə deyirlər ki, krediti ödəməsəniz bütün nəslinizin telefon nömrələrini yığacaq, sizi isə dama basdıracağıq". 

Narahat edilən şəxslərdən biri isə bunları deyir: "Gündə bir nömrə ilə zəng edirlər. Sonuncu dəfə 055 5050345 nömrəsi ilə zəng edib təhdid ediblər. Mənim özümdən başqa ailə üzvlərimə və yaxın qohumlarıma zəng edərək təhdid edirlər. Bildirirlər ki, icraçı göndərəcəklər onlar da gəlib evimizdən borca görə hansısa əşyaları aparacaqlar. Bu gün məni qardaşımı və yaxın bir neçə qohumumu yığıblar. İş hələ məhkəməyə düşməyib. Amma öz yanlarından icraçı göndərəcəklərini deyirlər
Halbuki bank işçisinin icraçı göndərməyə ixtiyarı yoxdur, məhkəmə qətnaməsi və qərarı olmadan".

Təzyiqə məruz qalan vətəndaşlar bu davranışı ciddi qanunsuzluq sayır və hüquq-mühafizə orqanlardan lazımı addımlar atılmasını xahiş edirlər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam