Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Həbsxanadan dəhşətli işgəncə videosu yayıldı

Rusiyanın Yekaterinburq şəhərindəki islah əmək düşərgələrinin birində çəkildiyi bildirilən işgəncə videosu yayılıb.

Xeberinfo.com:   Görüntülərin üzə çıxması ölkədə böyük rezonans doğurub. Rusiya İstintaq Komitəsi videodakı dəhşətli görüntülərlə bağlı cinayət işi başlatdığını bildirib.

Videogörüntüdə lüt soyundurulmuş məhbus əvvəlcə başını unitaza salmağa məcbur edilir. Ardınca da üstünə su axıdılır. Daha sonra məhbusu unitazdakı su ilə əl-üzünü yumağa məcbur edirlər. Bir qədər sonra həmin məhbus əlləri arxadan bağlı şəkildə yerdə üzüüstə uzanıqlı, belində qançır və qanlı kəsik izləri ilə görünür. Ona işgəncə verənlərdən biri bu vəziyyətdə onun üstünə işəyir.

Videogörüntülərdən işgəncə verənlərin və bunu lentə alanların  həbsxana əməkdaşları olub-olmadığı bilinmir. Videonun nə vaxta aid olduğu da hələlik bəlli deyil.

Görüntüləri yaymış 66.ru saytı onlarda daha bir işgəncə videosunun olduğunu bildirib. Onu da deyiblər ki, həmin videoda həddən artıq dəhşətverici məqamlar olduğundan yaymırlar.

İstintaq Komitəsi isə öz növbəsində bildirib ki, təkcə işgəncədə bilavasitə iştirak etmiş şəxslərin deyil, həm də bu cür zorakılığın baş verməsi ilə səhlənkarlığa yol vermiş vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət veriləcək.

Hüquq müdafiəçiləri və Qərb dövlətləri uzun müddətdir ki, Rusiya həbsxanalarında şəraitin çox pis olduğunu və məhbusların pis rəftara məruz qaldıqlarını bildirirdilər. Dövlət Departamentinin insan hüquqları üzrə ən son hesabatında deyilir ki, bəzi hallarda həbsxana rəhbərliyi özü müəyyən məhbusları digərlərinə qarşı zor işlətməyə sövq edir. Hesabata görə, həbsxanalarda adətən xəbərçilik edən, qey, uşaqbaz məhbuslardan, habelə zorlama maddəsi ilə məhkum olunmuş və ya həbsxanada zorlanmış məhbuslardan ibarət qrup mövcuddur. Həbsxana rəhbərliyi bu qrupa mənsub məhbusların təhlükəsizliyinin qeydinə ümumiyyətlə qalmır.

Videonun yayıldığı saytda bir məhbusun əlyazısı da dərc olunub. Yazıda məhbus vəd edir ki, həbsxanada olduğu ilk bir neçə həftədə yazılmış və yazılmamış qaydalardan bixəbər olduğuna görə aldığı sərt cəzalar barədə heç harda danışmayacaq. Bunun ardınca məhbus “xahiş edir” ki, əgər vədini pozsa, onu cinsi alçaltmaq üçün “hərəmxanaya” salarlar. Bura düşmüş məhbuslarla isə heç kim bir daha ünsiyyət saxlamır. Əllərində müxtəlif illərdə aid bu cür bir neçə məktub olduğunu bildirən sayt ehtimal edir ki, sözügedən qrup sistemindən məhbusları 2 saylı Yekaterinburq koloniyasında baş verən zorakılıqlar barədə səssiz qalmağa məcbur etmək üçün istifadə olunur.

Rusiya Federal Həbsxana Xidmətinin regional idarəsinin sözçüsü Aleksandr Levçenko deyib ki, 66.ru saytında yayılmış materiallar həbsxanada destabilizasiya yaratmaq məqsədilə hüquq müdafiəçilərinin təxribatı da ola bilər.( “Azadlıq” radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam