Mərkəzi Kəşfiyyat İdarəsi əsirlərə necə işgəncə verirmiş?
ABŞ Senatının hazırladığı MKİ haqqındakı işgəncə hesabatının təfərrüatları dərc olunmağa başlayıb.
"Xeberinfo.com": Avropa.info xəbər verir ki, Senatın Təhlükəsizlik Komitəsinin işgəncə hesabatının 20 %-nin ictimaiyyətə açıqlandığı bildirilir.
İctimaiyyətə açıqlanan hesabatda MKİ-nin əsirlərə qarşı istifadə etdiyi yüzlərlə işgəncə metodunun olduğu bildirilir.
MKİ-nin əsirləri alçaltmaq və onlara ağrı vermək üçün onlara qarşı istifadə olunan işgəncə növlərindən biri çılpaq şəkildə betonun üzərinə uzadıb ölənə qədər belə qalması olduğu məlum olub. Hesabata görə Əfqanıstandan olan əsir Gül Rahmən belə bir işgəncə metoduna məruz qalıb.
Heç bir günahı olmadan həbs olunan Nazar Əli isə MKİ əməkdaşlarının ailəsinin ağladığı səs yazılarını təzyiq etmək üçün ona qulaq asdırdıqlarını bildirib.
Digər bir əsir Xalid Şeyx Məhəmməd isə 183 dəfə suyla işgəncəyə məruz qalıb. Hesabata görə suyla işgəncə MKİ-nin ən çox istifadə etdiyi işgəncə növüdür. Əsirə su ilə işgəncə vermək üçün əvvəlcə onun üzünü bir parça ilə örtürlər. Daha sonra isə onun üzünə su tökülür. Beləliklə həmin şəxs boğulmaq hissinə qapılmaqla yanaşı həm də psixoloji təzyiqə məruz qalır.
Əsirlərdən əl-Qaidə adı ilə həbs olunan Əbu Zübeydə uzun müddət su ilə işgəncəyə məruz qalaraq ölmüşdür. Bundan qabaq isə o, 266 saat müddətinə tabuta bənzər bir qutuda saxlanılmışdır.
Əsirlərdən 5-nin isə bir həftə boyunca yuxusuz saxlanıldığı bildirilir. 180 saat yuxusuz qalan bir insan həm fiziki, həm də psixoloji təzyiqə məruz qalmış olur.
Bundan sonra MKİ əməkdaşlarının əsirlər üzərində rus ruleti oynadıqları açıqlanıb. Barabanlı tapançanı boşaldaraq orada sadəcə bir mərmi saxlayırlar. Daha sonra isə əsirlərə tapançanı başına tutaraq atəş açması əmr olunur.
Bundan başqa məhkumların müxtəlif növ alətlərlə də işgəncələrə məruz qaldıqları bildirilir.
BMT məsələylə bağlı bütün bu işgəncə növlərini həyata keçirənlərin tez bir zamanda müəyyənləşdirilib hakim qarşısına çıxarılmasını tələb edən bir bəyanat yayıb.