Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tələbələrin 80 %-ni imtahandan kəsiblər-NARAZILIQ

 

Valideynlər bəyan edirlər ki, belə bir addımın atılması məqsədlidir 

Xeberinfo.com:   Bir zamanlar «AZİ» kimi ad çıxarmış, daha sonra məlum terror hadisəsindən sonra ADNA kimi hər kəsin yadında qalan Neft Akademiyası adını dəyişsə də, mahiyyətini dəyişməyib. Məlumata görə, bunu bir qrup valideyn adından yazan Üavər Cabbarov qeyd edir. 

Şikayətçi bildirir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitində qış imtahan sessiyası zamanı bir sıra haqsızlıqlar qeydə alınıb. Belə ki, imtahanlara daxil olan tələbələrin 80 faizi kəsilib. «Müəllimlər özləri etiraf edir ki, mövcud vəziyyətlə bağlı, büdcədəki pul çatımazlığını önləmək üçün yuxarıların sifarişi ilə tələbələrin kütləvi surətdə imtahandan kəsilməsinə start verilib. Biz kasıb vətəndaşlar olan-qalan pullarımızı toplayıb, borc-xərc edib övladlarımızın təhsil almaları üçün dəridən-qabıqdan çıxırıq. Lakin ovladlarımıza qarşı bu cür haqsızlıqlar edilir. Bir ali məktəbdə tələbələr kütləvi qaydada imtahandan kəsilməsi o deməkdir ki, ya müəllim dərs proqramını tədris etmir, ya da bu iş sifariş əsasında edilir».

Yavər Cabbarov yazır ki, qaydalara əsasən bir fəndən kəsri olan tələbə növbəti imatan sessiyasına kimi təqüddən məhrum edilir. «Üüstəlik həmin fənnin təkrar keçilməsi üçün tələbə ali məktəbin hesabına 170 manata qədər ödəniş etməlidir. Digər ali məktəblərdə bunun üçün müəyyən kredit limiti mövcuddur. Lakin ADNSU-də belə qayda yoxdur».

Qeyd edək ki, ADNSU yaradıldıqda onun rəhbərliyinə Mustafa Babanlı gətirildi. JAM.AZ bildirir ki, Texniki Universitetdə prorektor çalışan Babanlı rektor təyinatı aldıqdan sonra ADNSU-da test üsulu ilə imtahanların götürüləcəyini vəd edib. Y.Cabbarov yazır: «Amma vədinə əməl etmədi. Halbuki Azərbaycan Texniki Universitetində prorektor işlədiyi zamanda test üsulunun ilk dəfə tətbiqi məhz Musatafa Babanlı tərəfindən təklif edilib. Amma indi bu mövzudan qaçır». 

Valideynlərin adından yazan sözügedən şəxs onu da vurğulayır ki, əgər bir ali məktəbdə tələbələr kütləvi qaydada imtanahdan keçə bilmirlərsə, demək, o ali təhsil ocağını bağlamaq lazımdır. «Övladlarımıza qarşı edilən bu haqsızlıqlar tələbələr arasında kütləvi narazılıq yaratmaq məqsədi üçün atılan addım olması da istisa deyil».

Redaksiyadan:  Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam