“Avesta” konserinin sabiq işçisi şok faktlar açıqladı
Hacı İbrahimin şəxsi əşyaları hansı qiymətədir?
Xeberinfo.com: Naxçıvan MR Şərur rayon Püsyan kəndində anadan olmuş,hazırda Bakı şəhər Xəzər rayonu Qala qəsəbəsi Yeni Yaşayış sahəsi ünvaninda yaşayan Qasımov Rüfan Həsən oğluölkə prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Surətlərini Heydər Əliyev Fondunun Prezdenti Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova Daxili İşlər naziri Ramil Usubova, Əmək və Əhalinin Sosial Mudafiəsi naziri Səlim Müslümova göndərdiyim məktubun bir surətinidə “Azadlıq” qəzeti redaksiyasına göndərib.
"2014-cu il martın 11-dən 2015-ci il sentyabrın 23-nədək Hacı İbrahim Nehrəmli kimi tanınan İbrahim İbrahimovun prezidenti olduğu “Avesta Konserni” MMC-nin “Xəzər adaları” tikinti layihəsində anbardar vəzifəsində işləmişəm. İşlədiyim müddətdə Əmək müqaviləsi üzrə üzərimə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş,verilən tapşırıqları tam vaxtında və keyfiyyətlə yerinə yetirmişəm. Buna baxmayaraq bu ilin aprel-sentyabr aylarının əmək haqlarımı və son haqq-hesabımı ala bilmirəm.
İbrahim İbrahimov mən və mənim kimi digər işçilərə bu aylar ərzində əmək haqqı verməsədə 2014-ci ildə Bakı şəhərində keçirilmiş gözəllik müsabiqəsi zamanı iştirakçı olmuş 3 nəfər xarici ölkə vətəndaşı olan “gözəl”i satış meneceri kimi işə götürərək hər birinə ayda 7000(yeddi min) AZN ödəməyə mailiyyə imkanı tapmışdır.
İbrahim İbrahimov mətbuata verdiyi açıqlamalarda heç bir maliyyə probleminin olmadığıı,bütün işlərinin qaydasında getdiyini bəyan etsə də əmək haqqlarımızı verməkdən birmənalı şəkildə yayınır.Amma əsl həqiqətdə “Xəzər adalarını” əsl rally meydançasına çevirən oğluna son günlər aldığı 2 ədəd idman tipli “Porshe” və “Bentley” markalı avtomobillərin (ikisinin birgə dəyəri 500.000 AZN-dən yuxarı), öz üzərində olan eynəyin (16.000$), ayaqqabının(14.000$), saatın(240.000$),üzüyün(700.000$) qiymətlərini düşünəndə həqiqətən də Hacı İbrahimin maliyyə problemlərinin olmadığı açıq aydın görünür.
Əmək haqqımın vaxtında verilməməsi və gecikdirilməsi səbəbindən banklardan və ayrı-ayrı şəxslərdən pul götürmüşəm və hazırda həmin pulların qaytarılmasında çətinlik çəkirəm.
Bir övladımın ödənişli əsaslarla Türkiyə Cümhuriyyətində təhsil alması barədə onun məlumatı olsa da problemimin həlli istiqamətində dəyişikliyə nail olmamışam, əksinə övladımın təhsilini yarımçıq qoyması məcburiyyətində qalmışam. Bununlada vətənə və dövlətimizə gələcəkdə lazım ola biləcək potensial kadrlardan birini itirmişik.
2015-ci ilin sentyabr ayının 22-də “Avesta konserni” MMC-nin prezidenti Hacı İbrahim Nehrəmiliyə təqdim etdiyim ərizə ilə Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq(öz arzum əsasında)23 sentyabr 2015-ci il tarixdə tutduğum vəzifədən azad olunmuşam.
İşdən azad olunduqdan sonra əmək haqqımın ödənilməsi ücün müraciət etsəm də müraciətim cavabsız qalmışdır.
Mən ehtiyatda olan hərbi qulluqçuyam.Xidmət etdiyim dövrdə səhhətimdə yaranan problemlərin müalicəsini maliyyə çətinlikləri ucbatından apara bilmirəm.
Sizdən “Avesta konserni” MMC-nin prezidenti İbrahim İbrahimovun hüqüqa zidd hərəkətlərinin qarşısının alınmasında mənə köməklik göstərməyinizi xahiş edirəm.”