Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Təhsil şöbəsinin müdiri həbs edildi

 

Qubanın təhsil şöbəsinin müdiri həbs edilib.


Baş Prokurorluğun mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, təhsil şöbəsinin müdiri barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.


     Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Quba rayon Təhsil şöbəsinin müdiri Süleyman Aslanovun qanunsuz hərəkətlərə yol verməsi faktlarına görə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

     Aparılmış istintaqla S.Aslanovun qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq saxta diplomlar əsasında Quba rayon sakinlərinin rayonun orta və tam orta məktəblərinə müəllim təyin edilməsinə nail olmaqla həmin şəxslər tərəfindən keyfiyyətsiz tədris aparılmasında, həmçinin dövlət büdcəsindən təhsilin maliyyələşdirilməsi üçün ayrılmış 103 min 455 manat məbləğində vəsaitin əmək haqqı kimi onlara qanunsuz olaraq verilməsinə şərait yaradaraq təhsil sistemini nufuzdan salan hərəkətləri ilə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam