Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

İcra başçısı keçmiş şöbə müdirini cinayətdə ittiham etdi

 

 

    "Xeberinfo.com": Yeni dərs ilinin başlanması münasibəti ilə Kəlbəcər müəllimlərini təbrik edən rayonun icra başçısı Aqil Məmmədov çıxışı zamanı Təhsil Şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırov haqqında ilginc ifadələr səsləndirib. İcra başçısı bildirib ki, Maliyyə və Təhsil Nazirliklərinin yoxlaması nəticəsində keçmiş şöbə müdirinin son 3 ildəki (M.Bağırov 1994-2002 və 2008-2014-cü illərdə Təhsil Şöbəsinin müdiri olub) fəaliyyəti dövründə 6 milyon 400 min manatdan çox yeyinti, sənədlərin saxtalaşdırılması, saxta siniflərin yazılması, olmayan avadanlıqların sənədləşdirilməsi üzə çıxıb.
Təkcə şöbə müdirinin siniflərin sayını artırmaqla hər ay 40 min manat olmaqla, 1 milyon 600 min manatdan çox vəsaiti qanunsuz yolla mənimsədiyi üzə çıxıb. Belə bir müqayisə də aparılıb ki, əgər M. Bağırovun sənədləşdirdiyi inventarların hamısını təhsil şöbəsi almış olsaydı, onda onları yerləşdirmək üçün Kəlbəcərin 114 orta məktəbinin hamısına ikimərtəbəli bina lazım olardı. Tədbirdə o da vurğulanıb ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində M. Bağırov barəsində cinayət məcəlləsinin bir sıra maddəsiylə cinayət işi başlanılıb və həbsdən qurtulması mümkünsüzdür.
    Kəlbəcərli müəllimlər də yoxlamaların və açılan cinayət işinin nəticəsi olacağına ümid etdiklərini bildiriblər, təhsil naziri Mikayıl Cabbarova və baş prokuror Zakir Qaralova inandıqlarını, tezliklə haqq-ədalətin yerini tutacağını gözlədiklərini dilə gətiriblər...

 

     Qeyd edək ki, məlumatı moderator.az saytı yayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam