Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Bu dəfə Kürdəmirdə məktəbli yoldaşına xəsarət yetirdi

 

Bu gün Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi digər məktəbliyə xəsarət yetirib.

Yenixeber.org xəbər verir ki, xəsarət alan məktəbli xəstəxanaya aparılıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır: “Fevralın 7-si Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi həmin məktəbin 11-ci sinif şagirdinə xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə aparılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Məlumatda şagirdlərin fiziki və psixoloji durumunun diqqətdə saxlanıldığı vurğulanıb.

Məsələ ilə bağlı TƏBİB-dən qeyd edilib ki, bu gün saat 11:45 radələrində xəsarət alması səbəbilə 2008-ci il təvəllüdlü (kişi cinsli) təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub: “Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilib. Xəsarət alan şəxs dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.

Qeyd edək ki, ötən gün də Ucar rayonunun Rəstəcə kənd tam orta məktəbin 9-cu sinif şagirdi 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə nəticəsində məktəbli sinif yoldaşına bıçaqla xəsarətlər yetirib. Vəziyyəti stabil qiymətləndirilən şagird ambulator müalicə üçün evə buraxılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam