Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Günəşli” yatağındakı yanğının söndürülməsi 1 həftə çəkə bilər”

55091

“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğınınm Azərbacyana vurduğu ziyan milyon manatlarla ölçülür”.

Xeberinfo.com:  Məlumata görə, bu sözləri “Yeni Müsavat”a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Baş verən hadisənin ölkəyə vurduğu maddi ziyanı qiymətləndirən ekspert 24 quyunun avadanlığının sıradan çıxdığını bildirib: “Mən bu gün bu sualı mətbuat konfransında “Azneft”in rəsmilərinə ünvanladım. Onların cavabından məlum oldu ki, 10 nömrəli platformada hadisə baş verən anda istismarda olan quyuların sayı 24 ədəd olub. Orada 28 quyu olsa da, 24 quyu istismarda imiş. Onların gündəlik hasilatı isə 920 ton olub. Mən Xoşbəxt Yusifzadə ilə də söhbət etdim. O bildridi ki, bu yataq 1984-cü ildə istismara verilib. Bu quyular tədricən qazılıb və artıq fontan mərhələsini keçib. Yəni laylardakı neft verimliliyi azalıb. Quyular təzyiq altında deyil. O quyulardan nefti çıxarmaq üçün oraya qaz vururlar. Ona görə də, platformalara qaz xətti çəkilibmiş və o qazı neft quyularına vururmuşlar ki, neft verimliliyi artsın. Hadisə zamanı isə həmin iki qaz xəttindən biri sıradan çıxıb. Baş verən hadisənin səbəbi də məhz budur. Oradakı qaz quyusu partlamayıb”.
İlham Şaban onu da qeyd etdi ki, yanğının sönməsi təxminən 1 həftə davam edə bilər: “İndi isə ora qaz vurulmadığından təzyiq aşağı düşəcək və platformadakı yanğın sönməyə başlayacaq. FHN-in yanğınsöndürmə briqadaları köpük, su vasitəsilə də yanğının qarşısını almağa çalışdığından onu daha tez söndürmək mümkün olacaq. Bildirildi ki, yanğının tam söndürülməsi 1 həftə çəkə bilər. Digər tərəfdən də yanğın söndürüldükdən sonra platformanın üstündəki bütün avadanlıq yenidən bərpa olunub, yenidən hasilata başlanacaq.
Biz FHN-in və ARDNŞ-in helikopterlə çəkdiyi kadrlara baxsaq, bu platformada ancaq cənub hissəsində bu quyuların yerləşdiyi hissə yanır, digər hissələr sağ-salamatdır. Həmin quyuların üzərindəki avadanlığı bərpa etdikdən sonra hasilat da bərpa ediləcək. Nə platformanın aşağısında, nə sualtı hissədə heç bir texniki nasazlıq yoxdur”.
Hadisənin vurduğu maddi ziyanı hesablayan ekspert bunun milyon manatlarla ölçüldüyünü vurğuladı: “Sadə bir hesablama aparsaq məsələn, əgər quyular 10 gün yansa , bu müddətdə hər gün üçün 900 ton neft itirəcəyik, bunu da 10 günə hesablasaq, 9-10 min ton, yəni təxminən 70-80 min barel neftin itirilməsi deməkdir. ARDNŞ bu nefti daxili tələbat üçün emala verirdi. Bu neftin qiyməti isə daxili bazarda 10-11 dollar edir. Ümumilikdə, sadəcə itirilən neftdən təqribən 800 min dollar ziyan dəyib. Ancaq təbii ki, həmin yatağın platformasının, avadanlıqların qurulmasını hesablasaq, bu artıq milyon manatlarla ölçülür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam