Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mərkəzi Neftçilər Xəstəxanasından yaralı neftçilərin vəziyyəti haqda açıqlama

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə dekabrın 4-də baş verən faciə ilə əlaqədar xəsarət alan 31 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) müraciət etmişdi. 22 nəfərə ilkin ambulator yardım göstərilərək evə buraxılıb. 8 nəfərin müalicəsi isə xəstəxanada davam etdirilir".

Xeberinfo.com:   Məlumata görə, bu barədə "Report"un xəstəxanada olan əməkdaşına MNX-in cərrah həkimi Adil İsayev məlumat verib.


Onun sözlərinə görə, xəstəxanaya müraciət edənlərdən biri isə yanıq mərkəzinə göndərilib: "Hazırda xəstəxanada olanlardan biri qadın xəstədir. Ümumilikdə isə xəstələr müxtəlif dərəcəli travma ilə MNX-yə qəbul ediliblər. Yanıq xəsarəti alan xəstəmiz yoxdur. Hazırda müalicəsi davam edən xəstələrin səhhəti stabil olaraq qalır. Hamısı müayinədən tam keçiblər. Hazırda müalicələri davam edir. Çox güman ki, 2-3 günə onlar da evə buraxılacaq".

A. İsayev müalicəsi davam edən qadın xəstə haqqında da məlumat verib. O bildirib ki, xəstə platformada xadimə kimi çalışan 1971-ci il təvəllüdlü Məlahət Əliyevadır: "Xəstə L-1, L-5 bel fəqərələrinin köndələn çıxıntılarının sınığı diaqnozu ilə müalicə alır. Qadın xəstəmiz digərlərinə nisbətən bir az gec evə buraxılacaq. Onun müalicəsi digərlərinə baxanda uzun çəkəcək. Müayinədən keçib və bütün lazımi tibbi yardımlar göstərilir".

Qeyd edək ki, "Günəşli" yatağında baş verən yanğından 32 nəfər xilas edilib, bir nəfər isə həlak olub. Digər şəxslərlə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam